8 C
Baku
Thursday, December 12, 2024

Bitkoinin ədalətli qiyməti 35 min dollardır – “JPMorgan”

“JPMorgan” analitiklərinin fikrincə, bitkoinin ədalətli qiyməti 35 min ABŞ dolları təşkil edir.

Banker.az xəbər verir ki, onlar kriptovalyutanı qızılla müqayisə edərək, rəqəmsal aktivin dəyişkənliyinin qiymətli metalla müqayisədə təxminən dörd dəfə yüksək olduğunu vurğulayıblar. Banka görə, əgər bitkoinin məzənnəsindəki dalğalanmalar iki dəfə azalsa, 73 min ABŞ dolları hədəfini ağlabatan adlandırmaq olar.

“Gələn il üçün əsas proqnoz – bitkoinin 100 min ABŞ dolları səviyyəsini keçməsidir. Lakin bu, dəyişkənliyi azaltmadan mümkün olmayacaq. Rəqəmsal aktivlər uzun müddətdir yüksəliş trendində olsa da, cari göstəricilər alış üçün cəlbedici görünmür”, – deyə bank yazıb.

İnvestisiya bankının analitikləri gələn il kriptovalyuta bazarının 15% artacağını proqnozlaşdırıblar. Bununla yanaşı, “JPMorgan” müştərilərə hedge-fondlara və daşınmaz əmlaka investisiya qoymağı tövsiyə edir. Mütəxəssislərin sözlərinə görə, onlar gəlirlilik baxımından səhmlər və istiqrazlar kimi ənənəvi aktivləri geridə qoyur.

Qeyd edək ki, 3 noyabra olan məlumata görə, bitkoin 62.9 min ABŞ dolları səviyyəsində ticarət olunur. Ötən ay rəqəmsal valyuta 67 min ABŞ dolları səviyyəsinə çataraq yeni rekord qırıb.

Son xəbərlər
Digər xəbərlər