14 C
Baku
Çərşənbə, May 25, 2022

“Bitkoinin $10 minə düşməsi – $100 minə qalxmasından daha realdır” – Analitik

Bill Gates əvvəllər virusun yayılacağı barədə dəfələrlə xəbərdarlıq edirdi. Çox çəkmədiki COVID-19 həyatımızın bir parçası oldu. 1 neçə gündü top xarici kütləvi vasitələrində Bill Gatesin koronavirusdan daha pis pandemiya barədə xəbərdarlıq xəbərləri dərc olunmağa başlayıb.

B.Gates bildirib ki, koronavirusun “omikron” və “delta” ştamları indiyədək ən çox yayılan viruslar arasında olsa da, dünya ölüm və ya ağır xəstəliyə daha çox səbəb olan patogenlə üzləşə bilər.

Yeri gəlmişkən, artıq uzun müddətdir bitkoin də özü üçün bir dəhliz müəyyən edib ki, bu dəhlizin də maksimumu 42.5 min dolların altındadır.

“Söhbət təkcə kriptovalyutadan getmir. Mən bir daha vurğulayıram ABŞ fond bazarında ən azı 10-20% ucuzlaşma gözləyirəm” -deyə, bunu Banker.az-a yerli ekspert, kriptovalyuta üzrə analitik Nizami Qorçubəy deyir.

Nizami Qorçubəy deyir ki, hamımız deyirik ki, bitkoin 30 min olan kimi alacaqlar, qoymayacaqlar o qiymətdə qalsın, ancaq bu belə olmayada bilər.

“Xatırladım ki, son COVID-19 crash-i zamanı bitkoin $10 500-dən $3 700-ə düşmüşdü.

Bu dəfəki düşmə daha da sərt ola bilər. Çünkü, ABŞ Fond Bazarı həmin dövrdən daha yuxarı səviyyədədir” – deyə, Nizami Qorçubəy bildirir.

Bundan əlavə, deyilənə görə Rusiya kriptolara qadağa qoymaq istəyir. FED uçot faiz dərəcəsini bu il yüksəltməldir. Neftin barreli artıq $90-a yaxınlaşır . Neftin bahalaşması ABŞ da inflasiyanı daha da qaldıracaq. Onsuz da  ABŞ-da inflasiya son 40 ilin pik nöqtəsindədir. Belə olduğu halda ABŞ-da faiz dərəcəsi növbətənkənar iclas keçirilərək qaldırılacaq.

Kriptovalyuta bazarı üzrə analitik Nizami Qorçubəy deyir ki, “belə xəbərlər fonunda bitkoinin $10 min olması, $100 min olmasından daha realdır”.

Son xəbərlər
Oxşar xəbərlər