Bitkoin kriptovalyutasının dəyəri 6.39% artaraq 45.42 min dollar səviyyəsini keçib. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Xatırladaq ki, bitkoin – blokçeyn texnologiyasına əsaslanan eyni adlı demərkəzləşdirilmiş sistemdir. İstənilən bir şəxs bitkoin “mədəni” ilə məşğul ola bilər. Bunun üçün sistemin yeni blokunu yaratmaq lazımdır.
Sistemin konsepsiyası 2008-ci ildə Satosi Nakamoto adlı şəxs tərəfindən dərc edilib. Kriptovalyutanın populyarlığı yalnız son illərdə artmağa başlayıb. Belə ki, onun təbii yollarla emissiyası məhdudlaşdırılıb.