Son 24 saatda bitkoin kriptovalyutasının dəyəri 11.5% azalıb. “CoinDesk” portalında əks olunan məlumata görə, Bakı vaxtı ilə saat 03:52-də rəqəmsal valyutanın dəyəri 31.6 min dollar təşkil edib.
Banker.az bu barədə “RBK”ya istinadən xəbər verir.
Xatırladaq ki, bitkoinin ucuzlaşması iyunun ortalarından başlayıb. Bunun əsas səbəbi Çinin bir sıra əyalətlərində kriptovalyuta mayninqinin qadağan edilməsi olub. Bu hadisədən əvvəl bitkoin 38-39 min dollar arasında ticarət edib.
Çin hökuməti mayninq ilə məşğul olan 26 şirkəti elektrik enerjisindən məhrum etmək göstərişini verib, eyni zamanda bəzi özəl maynerlərə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
İyunun 21-də isə dünyanın üçüncü ən böyük bankı olan Çin Kənd Təsərrüfatı Bankı (ABC) rəqəmsal aktivlərlə bütün əməliyyatları qadağan etdiyini açıqlayıb.