2 C
Baku
Cümə, Dekabr 3, 2021

Bitkoinin funksionallığı 2017-ci ildən bəri ilk dəfə genişləndirilib

Keçən bazar günü bitkoin kriptovalyutasının blokçeynində genişmiqyaslı yeniləmə baş verib – “Taproot” adlı yeniləmə işə salınıb.

Banker.az xəbər verir ki, o, həyata keçirilən əməliyyatların məxfiliyini və səmərəliliyini artıracaq, həmçinin smart-müqavilələr yaratmaq imkanlarını açacaq.

Xatırladaq ki, əvvəlki yeniləmə 2017-ci ildə olub və tarixdə “vətəndaş müharibəsi” kimi yadda qalıb.

“Taproot” hər bir əməliyyatı unikal “barmaq izi” kimi müəyyən edən yeni rəqəmsal imza alqoritmindən istifadə etməyə imkan verəcək. “Şnorr imzaları” adlanan bu sistem sadə əməliyyatlardan fərqlənməyən çoxsaylı tranzaksiyalar aparmağa kömək edəcək. Mütəxəssislər onun anonimliyi gücləndirdiyini də qeyd edirlər.

Smart-müqavilə – blokçeynində qeydə alınan və əvvəlcədən müəyyən edilmiş şərtlər yerinə yetirildikdə avtomatik icra edilən xüsusi əməliyyatdır. Məsələn, növbəti ödəniş tarixinin göstərilməsi.

Yeni versiyada bitkoin smart-müqavilələri daha səmərəli şəkildə yaratmaq mümkün olacaq – onlar blokçeyndə əhəmiyyətli dərəcədə az yer tutacaq. Müsahibə verən ekspertlərin fikrincə, bu, dünyanın ən məşhur kriptovalyutası əsasında yeni maliyyə proqramlarının və innovativ bizneslərin yaradılmasına yol açacaq.

Son xəbərlər
Oxşar xəbərlər
X