24 C
Baku
Saturday, July 5, 2025

Bitkoinin leqallaşdırılması Salvador iqtisadiyyatını çökdürə bilər

“JPMorgan” analitikləri bitkoinin rəsmi valyuta kimi istifadəsinin Salvador iqtisadiyyatı üçün təhlükə yaratdığını hesab edirlər.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Onların fikrincə, kriptovalyuta kifayət qədər likvid deyil və bu, bitkoini leqallaşdıran Salvadorun maliyyə sisteminə mənfi təsir edə bilər.

Bununla yanaşı, kriptovalyutanın dollara konvertasiya edilməsi zamanı ölkənin tədiyyə balansı və maliyyə sabitliyi pozulacaq. Xatırladaq ki, daha əvvəl Con Hopkins Universitetinin tətbiqi iqtisadiyyat professoru Stiv Hanke bitkoinin leqallaşdırılmasının Salvador iqtisadiyyatını tamamilə məhv edə biləcəyini söyləyib. “Kriptovalyutalarla bağlı ən böyük problem ondan ibarətdir ki, siz onları ucuz və sürətli şəkildə istifadə edə biləcəyini ödəniş vasitəsinə çevirə bilmirsiniz”, – deyə professor qeyd edib.

İyunun sonunda Salvador prezidenti Nayib Bukele hər bir vətəndaşa bitkoin şəklində 30 dollar veriləcəyini bildirib. Bunun üçün kriptocüzdan funksiyasını daşıyan “Chivo” tətbiqini quraşdırmaq kifayət edir. Ölkə rəhbərinin fikrincə, kriptovalyutanın pulsuz şəkildə paylanması onu daha da populyar edir.

Bu ilin iyun ayının əvvəlində Salvador bitkoini rəsmi valyuta kimi tanıdığını açıqlayıb. Bu xəbərin fonunda kriptovalyuta dərhal 10% bahalaşıb. Qeyd edək ki, bitkoinin leqallaşdırılması qanunu sentyabrın 7-də qüvvəyə minir. Hal-hazırda bitkoin 33 250 dollar dəyərində qiymətləndirilir.

 

Son xəbərlər
Digər xəbərlər