26 C
Baku
Saturday, July 27, 2024

Bitkoinin qiyməti 30 min dollardan aşağı düşüb

Dünyanın aparıcı kriptovalyutası bitkoinin qiyməti ticarət sessiyasının gedişində 3,8% azalaraq 29 664 ABŞ dollarına düşüb, sonradan isə bir qədər qalxıb.

TASS xəbər verir ki, hazırda onun qiyməti 29 890 dollardır.

Bitkoin blokçeyn texnologiyasına əsaslanan sistemdir. Sistemin iştirakçısı olan hər istifadəçi eyniadlı kriptovalyutanı əldə edə bilər. Bunun üçün sistemin yeni bloklarını yaratmaq lazımdır.

Sistemin konsepsiyası 2008-ci ilin noyabr ayında dərc olunub. Bitkoinin emissiyası məhduddur. İndiyə qədər bitkoinlərin böyük hissəsi əldə edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər