16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

Bitkoinin qiyməti 45 min dollardan aşağı düşüb

faizlere

Sentyabrın 20-si bitkoinin qiyməti 45 min ABŞ dolları səviyyəsindən aşağı düşüb.

Banker.az “RBK”ya istinadən xəbər verir ki, bu barədə “Coinmarketcap” kriptobirjası məlumat verib.

Bildirildiyi kimi, Bakı vaxtı ilə saat 14:00-da kriptovalyutanın dəyəri 44 659.16 dollar olub.

Cəmi bir saatda bitkoinin qiyməti 2 min ABŞ dolları düşüb. Saat 06:14-də kriptovalyutanın dəyəri 47 244.03 dollar, 07:04-də isə – 45 420.65 dollar olub.

Bundan sonra kriptovalyuta sabitləşib. Qeyd edək ki, hal-hazırda bitkoinin kapitallaşması 843.8 milyard dollar olaraq qiymətləndirilir (-6.8%).

“Bloomberg” agentliyinin verdiyi məlumata görə, təkcə bitkoin deyil, digər kriptovalyutalar da ucuzlaşır. Məsələn, “Ethereum” 3.1 min dollar (-7%), “Cardano” isə 2.17 dollar (-9%) səviyyəsinə düşüb.

“Bloomberg”in baş strateqi Mayk MakQloun ilin sonuna kimi bitkoinin 100 min dollara çatacağını proqnozlaşdırır. Analitikin fikrincə, 2021-ci ildə müşahidə olunan rəqəmsal aktivlərin tətbiqi tendensiyası buna kömək edəcək.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər