Kriptovalyutalar bazarında canlanma – bitkoinin qiyməti 40%-dən çox artıb.
Banker.az xəbər verir ki, həftə sonu ÇXR-in sədri Xi Jinping, ölkənin Bitkoinin əsasını qoyan blokçeyn texnologiyasının yaratdığı “fürsətlərdən istifadə etməli” olduğunu söyləmişdir.
2017-ci ildə Çinin kriptovalyutalar və kriptovalyuta birjalarının dövriyyəsini qadağan etdiyini nəzərə alsaq, hərracların iştirakçıları üçün bu böhran sürpriz olub.
Mütəxəssislər kriptovalyutalar bazarındakı rekord artımı Çin liderinin açıqlaması ilə əlaqələndirirlər.
Qeyd edək ki, bu gün Çində kriptovalyuta əməliyyatlarına hələ də qadağa qoyulub, bu yaxınlarda hüquq-mühafizə orqanları yerli mayninq fermalarını bağlamağa başlayıblar. Səlahiyyətlilər kriptovalyutaların ödəniş üçün istifadə edilməməsinə xüsusi diqqət yetirirlər.
Qiymət artımına təsir göstərən faktorlardan biri də bazara iri oyunçuların daxil olması olub.
Bundan əlavə, “TON” və “Libra”-nın uğursuzluğu, Bitkoinin yaxın gələcəkdə bazarın flaqmanı olaraq qalacağını göstərir.