13 C
Baku
Saturday, November 23, 2024

Bitkoinin qiyməti 58 min dolları ötüb

14 oktyabr gecəsi “Binance” kriptobirjasında bitkoin məzənnəsi 58.5 min dollardan yuxarı qalxıb. Qeyd edək ki, kriptovalyuta 10 maydan bəri ilk dəfə qiymət maksimumunu yeniləyib.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə saat 10:40-da rəqəmsal valyutanın dəyəri 57.7 min dollar olub, kapitallaşması isə 1.09 trilyon dollara çatıb.

Xatırladaq ki, bitkoinin artımının son dalğası 29 sentyabrda qeydə alınıb. Ötən iki həftə ərzində kriptovalyuta 44% bahalaşıb. Onun qiyməti aprel ayının ortalarında müşahidə olunan 64.8 min dollar səviyyəsinə yaxınlaşır.

“Bloomberg”in mütəxəssisi Mayk MakQloun hesab edir ki, 2021-ci ilin dördüncü rübündə bitkoinin qiyməti kəskin arta bilər. Onun sözlərinə görə, bu, ABŞ-ın dövlət borcunun artması və potensial defolt təhlükəsiz səbəbindən baş verəcək.

Son xəbərlər
Digər xəbərlər