7 C
Baku
Thursday, December 12, 2024

Bitkoinin qiyməti bahalaşıb ən yüksək həddə çatdı

Ən geniş yayılmış kriptovalyuta olan bitkoin bugünkü hərraclarda sentyabr ayının əvvəlindən etibarən ən yüksək həddədək bahalaşıb.

Bakı vaxtı ilə saat 10.46-da bitkoin 0,68 faiz bahalaşaraq 11.473 ABŞ dollarından, ən çox kriptovalyuta satılan “Binance” birjasındakı hərracda isə 1,15 faiz bahalaşaraq 11.472 dollardan satılıb. Bundan əvvəl buitkoin 2 sentyabr tarixindən sonra ilk dəfə 11.700 dollar səviyyəsinə çatmışdı.

Qeyd edək ki, dünya kriptovalyuta bazarının 58,4 faizi bitkoinin payına düşür.

“Binance”ın Rusiyadakı direktoru Qleb Kostarev “RİA Novosti”yə açıqlamasında bitkoinin bundan sonra da bahalaşacağını güman edib: “Micro Strategy”, “Galaxy Digital” kimi şirkətlərin, Square ödənişlər platformunun külli miqdarda bitkoin ehtiyatlarına malik olmaları barədə xəbərlər iqtisadiyyatda hazırkı qeyri-müəyyənlik şəraitində əmanət vasitəsi kimi kriptovalyutalara marağın artmasından xəbər verir, həm də kriptinin qiymətinə müsbət təsir göstərir”.

Müstəqil ekspert Mansur Hüseynov isə daha təmkinli fikir bildirib: “Mövcud qiymətlər həssas hədd olan 11.550 ABŞ dollarına yaxındır və indi müvəqqəti də olsa 10.800 – 11.100 səviyyəsinə qayıtması mümkündür. Bazardakı artım davam etsə, növbəti həssas hədd 12.000 ABŞ dolları olacaq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər