9 C
Baku
Monday, November 18, 2024

Bitkoinin qiyməti iki aylıq minimumu yeniləyib

Bitkoin (BTC) məzənnəsi avqustun 19-u cümə günü kəskin eniş göstərir, digər riskli aktivlərin dəyərinin azalmasından sonra iki aydan çox müddətdə maksimum çökmə müşahidə olunur.

Ən populyar kriptovalyutanın dəyəri Bakı vaxtı ilə saat 17:00-a qədər “CoinDesk” məlumatlarına əsasən, cümə axşamı təxminən 8.6% azalaraq 21 533 dollar təşkil edib.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

İkinci ən populyar kriptovalyuta olan Ethereum (efir) 9.48% dəyər itirib və 1700 dollar qiymətinə ticarət olunur.

Hal-hazırda bitkoinin kapitallaşması 411 milyard dollar təşkil edir. BTC rəqəmsal aktivlər bazarında 38.7% paya sahibdir.

İnvestorlar dünya mərkəzi banklarının faiz dərəcələrini daha da artıracağı və bunun qlobal iqtisadiyyata mənfi təsir göstərə biləcəyi qorxusu səbəbindən riskli aktivlərdən xilas olurlar.

coindesk BTC chart 2022 08 19

Son xəbərlər
Digər xəbərlər