Məşhur kriptovalyuta bitkoinin qiyməti 57 min dolları ötüb. Bu da mayın 12-dən bu tərəfə maksimum deməkdir.
Banker.az bu barədə “Coinmarketcap” platformasına istinadən məlumat verir.
Son saatlarda kriptovalyuta $57 415 ətrafında alınıb-satılır. Son sutka ərzində bitkoin 4.25%, həftə ərzində isə 21.23% bahalaşıb.
Bu göstərici bitkoinin bu ilin mayından etibarən qeydə alınan ən yüksək göstərici olub.