Bitkoinin ucuzlaşmasının səbəbi məlum olub

Bitkoin bazara çox sürətlə daxil olub. Bu kriptovalyuta hələ mənimsənilməyib və digər rəqəmsal valyutalar kimi özünü təsdiq etməyib”.

“Bloomberg” agentliyinə istinadən, bunu Çin Mərkəzi Bankının (PBOC) sədri Jou Xiaoçuan deyib.

Onun bu açıqlaması, eləcə də ABŞ və Yaponiya hökumətlərinin kriptovalyuta bazarlarını tənzimləmək istəyi ilə bağlı fikirlərii bitkoinin ucuzlaşmasını sürətləndirib. Onun qiyməti son 4 gün ərzində 26% azalaraq 8600 dollara düşüb.

J.Xiaoçuan rəhbərlik etdiyi qurumun rəqəmsal valyutalarla bağlı araşdırma apardığını, növbəti mərhələdə pilot layihəyə başlayacaqlarını qeyd edib.

“Bəzi kriptovalyutalar pərakəndə ödənişlərdə istifadə olunmur, lakin virtual aktiv kimi mövcuddur. Bu, böyük risk yaradır. Çin bu mövzuda spekulyasiyalardan kənar qalmalıdır. Rəqəmsal valyutalarla bağlı tələsmək olmaz. Daha çox test keçirilməlidir”,- o qeyd edib.