13 C
Baku
Saturday, November 23, 2024

Bitkoinlə bağlı gözləntilər nədir?

Bitkoin (BTC) hazırda kriptobirjalarda eniş yaşamaqdadır və artıq 37 757 dollar səviyyəsinə qədər geriləmə yaşadı.

Kriptovalyuta bazarı üzrə analitik Nizami Qorçubəy deyir ki, texniki analiz etmək üçün əlimizdə olan ən qədim bitkoin göstəriciləri var 2010 cu ilin iyulundan var.

“Həmin dövrdə 1 bitkoin təqribən 0.05$ qiymətdinə ticarət olunurdu”.

Nizami Qorçubəy Banker.az-a bildirir ki, 2010 ci ildən indiyədək 3 böyük crash görüb.
• 1-ci crash ( 2011 iyun – 2011 noyabr ) müddətində -93% ucuzlaşma baş verib.
• 2-ci crash ( 2013 noyabr – 2015 yanvar ) müddətində – 86% ucuzlaşma baş verib.
• 3-ci crash (2017 dekabr – 2018 dekabr ) müddətində -84% ucuzlaşma baş verib.

“Nəzərinizə çatdırmaq istəyirəmki ehtimal edirəmki dördüncü kəskin artıq 2021 noyabr ayından başlayıb. Noyabr ayında BTC ən yuxarı həddi təqribən 69 000 dollar idi və hal hazırda təqribən 39 000 dollar ətrafındadır. BTC-nin bundan sonrada pilləvari ucuzlaşacağını proqnoz edirəm. Aşağı həddləri 34 000 – 24 000 – 17 000 və 11 000 dollar olaraq görürəm”.

O, əlavə edir ki, ehtimal da var ki bu ayı dövrü 1 ilə yaxın davam etsin.

Ən pis halda BTC 11 000 dollar, ən yaxşı halda isə 34 000 dollar həddinə kimi ucuzlaşmalıdır. Mənim ən çox inandığım hədəf isə 24 000 dollardır”.

Bazar üzrə analtikə görə, Azərbaycanda bu sahəyə maraq göstərənlərin 90%-i 2020 ci iln sonlarından 2021 ci ilin əvvələrindən ticarətə qoşulublar və əvvəlki dövrlərdə baş verən crash-lərdən bir çoxları xəbərsizdir.

“Odur ki BTC-nin aşağıdakı qrafikinə diqqətlə baxsınlar. Kripto birja, birjalar içində ən risklisi və ən volatillisidir.

Bir çox treyderlər az pulla daha çox qazanmaq üçün fyuçerslə treyd edirlər, əsasən onlar ehtiyatlı davranmalıdırlar.

Hodl edən (yəni spotda hansısa kriptonu uzunmüddətli alan) investorlar isə təşvişə düşməyə də bilər. Çünki ucuzlaşma 10 il ərzində 3 dəfə baş verib və hər dəfə birja qalxdıqdan sonra əvvəlki pik qiymətini dəfələrlə keçib. Əgər psixologiyaları və səbrləri bu ucuzlaşmaya dözəcəksə onlar əllərində kriptovalyutaları satmaya bilərlər.

Yox əgər investorlara pul qısa zamanda lazım olacaqsa və az zərərdədilərsə o zaman məsləhətim ən azı Stabil kriptolara keçid etməkləridir”- deyə Nizami Qorçubəy bildirib3123123131312.

Son xəbərlər
Digər xəbərlər