13 C
Baku
Friday, November 22, 2024

Bitkoinlərin üçdə birinə 10 min investor nəzarət edir – Tədqiqat

Milli Tədqiqatlar Bürosunun (NBER) analitikləri kriptovalyutaların vasitəçiləri ilə sahiblərini fərqləndirən alqoritm yaradıblar.

Tədqiqatda göstərilir ki, 2020-ci ilin sonunda vasitəçilər, məsələn, kriptovalyuta birjaları təxminən 5.5 milyon bitkoinə nəzarət edirlər.

Banker.az xəbər verir ki, ümumilikdə, bir min investor təxminən 3 milyon bitkoinə və demək olar ki, 10 min investor 5 milyon bitkoinə nəzarət edir – bu, kriptovalyutanın ümumi həcminin üçdə biri deməkdir.

Bununla yanaşı, tədqiqatçılar aşkar ediblər ki, maynerlərin 10 faizi dünyanın bitkoin hasilatı potensialının 90 faizinə, 0.1 faizi (50 mayner) isə istehsal gücünün yarısına nəzarət edir.

Belə yüksək konsentrasiya bitkoini kiberhücumlara qarşı həssas edir – kiçik maynerlər qrupu sövdələşərək şəbəkənin böyük hissəsini nəzarətə götürə bilər.

Son xəbərlər
Digər xəbərlər