22 C
Baku
Thursday, April 25, 2024

Bizə uğur qazanmağa mane olan 26 səhv

Saat səhər 4 idi, bir az keçmişdir və mən artıq startda idim. Hava çox soyuq idi. Əynimdə idman şalvarı, kompression köynək və yüngül kurtka var idi. 

Bu, bu ilki son yarışım idi– Şimali Karolinada at yollarında 50 mil. 

Həmin an köməyə ehtiyacım var idi. Əynimdə kepka və əlcək var idi, mən isə idman butulkasına su tökməyə çalışırdım. 

Düzünü desəm, butulkanı yerə tullayıb qaçmaq istəyirdim. Qorxdum ki, 10 mil qaçandan sonra buna görə peşman olacağam. 

Ətrafıma göz gəzdirdim və nə etməli olduğumu başa düşməyə çalışdım. Yanımdakı marafonçu mənə dedi: “Mən üstümdə su götürmürəm. İndi havalar çox soyuq keçir, düşünmürəm sudan ehtiyacım olsun”. 

Və onda mən başa düşdüm

Gecə saat 4 idi və soyuq idi. Bu adam mütəxəssisdir. Hava soyuq olduqda suya ehtiyacımız olmur. Butulkanı yerə atıb start xəttinə yaxınlaşdım. 

Marafon başladı və mən məndən bir az irəlidə qaçan bir qrup idmançıya qoşuldum. Qaranlıqda büdrəyib yoldan çıxmamağa çalışaraq kim olduğumuz və haradan gəldiyimiz barədə bir az söhbət etdik.

Fikrimizi yayındırmaq üçün hər şeydən danışdıq. 

Mənə butulkanı yerə atmağı tövsiyə etmiş yeni dostum, başqaları ilə çox maraqlı məlumat bölüşdü: “Bu, mənim ilk marafonumdur. Onu 13 saata bitirə biləcəyimə ümid edirəm”. 

Əgər hava bu qədər soyuq olmasaydı, çox təəccüblənərdim. 

Mən təcrübəsiz idmançının mənə verdiyi məsləhəti qəbul etdim. O heç kim idi. Lakin elə danışırdı ki, sanki həqiqətən də bu işdə müdrik və təcrübəli olan biridir. 

Həmin an bu fikri məntiqli saydım və yanıldım

Niyə? Çünki özümü itirdim, çox həyəcanlı idim. “Hava soyuq olduqda suya ehtiyacım yoxdur” kimi sözlərə inanmağa hazır idim. 

Buna inanırdım. Buna inanmaq istəyirdim. Bu fikri həqiqət olaraq qəbul etdim. Və buna görə marafonun qalibi ola bilmədim. 

Bədbəxtçilikdən, bu kimi məsləhətlər təkcə mənim marafonuma aid deyil. Onlar bütün interneti bürüyərək aldığımız kitablarda, vebinarlarda, treninqlərdə, kurslarda və video proqramlarda gizlənirlər. 

Başqalarının məsləhətlərinə inanmaq asandır. Siz xəyal qırıqlığı və ümidsiz bir vəziyyətdə özünüzə düzəlməz zərər vermiş ola bilərsiniz. 

Bizə uğur qazanmağa mane olan səhvlərə çox vaxt, pul və qiymətli resurslar sərf edirik. Bunun qarşısını almaq üçün onlardan bir neçəsinə nəzər yetirək:

  1. Kifayət edəcək qədər səy göstərməmək. Əgər şöhrət qazanmaq istəyirsinizsə, işləməlisiniz. Bu qiyməti ödəməli olacaqsınız. 
  2. Ehtiyat etmək. İrəliləyiş cəsurluğun mükafatıdır. 
  3. Qısa müddətdə asanlıqla əldə edə biləcəyiniz şeylərə qaçmaq. Bu heç bir yerə aparan yoldur. Və həmişə belə olur. Zəmanət veririk. 
  4. Böyük fədakarlıq etmədən uğur qazana biləcəyinizi düşünürsünüz. 
  5. Heç kimdən kömək istəməmək. Ətrafınızda istədiyiniz və səy göstərdiyiniz şeyə nail olmağınıza kömək edə biləcək insanlar var.
  6. Başqalarının sizə görə narahat olmalarını gözləmək. Sizin motivasiyanız sizin öz işinizdir. 
  7. Uğursuzluğu təcrübə kimi qiymətləndirməmək. Məğlub olmasanız, inkişaf edə bilməyəcəksiniz. 
  8. Başqasından həyatdakı missiyanızın təfərrüatlarına nəzarət etməsini gözləmək. Yox. Siz və yalnız siz bunu edə bilərsiniz. 
  9. Deyilənləri eşitməmək. Bəzən uğurlu olmaq şansı başqalarının sükutunda gizlənir. 
  10.  Düşdüyünüz çətin vəziyyətə görə ümumi mənzərəni gözdən qaçırmaq. Siz hər şeyin öhdəsindən gələcəksiniz. Mübarizə aparmağa davam edin. 
  11.  Əsas missiyaya deyil, maaşa üstünlük vermək. Siz bir çox şey edib çox pul qazana bilərsiniz. Missiyanın dəyəri ölçülmür. 
  12.  Başqalarının sizin haqqında nə düşündüyündən narahat olmaq. Bu ümumiyyətlə sizin işiniz deyil. 
  13.  Nə dərəcədə ağıllı və uğurlu olmağınızdan asılı olmayaraq, bir şey bir dəfə edib müvəffəqiyyətli olacağınızı düşünmək. 
  14.  Həyatınızda baş verənlərə görə başqalarını günahlandırmaq. Bu, böyük məqsədlərə çatmaq şansını məhv edən yalandır. 
  15.  İnsanlın hal-hazırda nə hiss etdiyi haqqında düşünməmək. Mərhəmət böyük gücdür. Ondan istifadə etməyə cəhd göstərin. 
  16.  Başqalarının sizinlə eyni fikirdə olmasını gözləmək. Belə olmur. Dinləyin və nəzərinizdə saxlayın. 
  17.  Kobud emosiyalara qərar qəbul etməyə imkan vermək. Duyğuların da əhəmiyyəti var, lakin bəzən onlar sizi məhv edirlər. 
  18.  Başqalarının sizi görmək istədiyi insan olmağa çalışmaq. Olmaq istədiyiniz insan olun. 
  19.  Emosional enerjini boşuna xərcləmək. 
  20.  Hər kəsin xoşuna gəlməyə çalışmaq. Özünüz haqqında düşünün, gündən-günə təkmilləşin. 
  21.  Ətrafınızdakı insanlar heç bir şeydə sizdən güclü deyillər. Yalnız bizdən daha yaxşı olan insanlardan nə isə öyrənə bilirik. 
  22.  Başqalarının gözləntilərinə çox diqqət etmək. Siz nə etməli olduğunuzu bilirsiniz. Edin. 
  23.  Fikirdən danışmamaq. İnadkarlıq – sonra sizi yandırıb külə çevirəcək alovdur. Hər şeyə açıq olun. 
  24.  Öz nailiyyətlərini başqalarının nailiyyətləri ilə müqayisə etmək. Görünüş həmişə aldadıcıdır. Bütün diqqətinizi missiya üzərində cəmləşdirin. 
  25.  Özünə qarşı dürüst olmamaq. Siz başqalarına yalan danışa bilərsiniz. Lakin özünüzə qarşı dürüst olmasanız, hər şey itirəcəksiniz. 
  26.  Mükəmməlliyin mümkün ola bilməyəcəyinə inanmaq. Adətən tərəqqinin əsas düşməni bu olur. 

İnsanlar hər bir şeyi səhvlər üzərindən öyrənirlər, keçmişdə nə qədər uğursuz olmağınızdan asılı olmayaraq, bir neçə ağlabatan qərarlarla hər şeyi dəyişə bilərsiniz.

Ultramarafondan on mil sonra, su qabımı götürüb qaçmağa davam etdim. Sonda ikinci yeri tutdum. 

Məsləhətlərə münasibət haqqında çox vacib dərs aldım

Nə etməli olduğunu söyləyən insanın səndən daha çox şey bildiyini güman etmək asandır. Lakin o, sizin kimi tərəddüd edə bilər. 

Bəlkə də çox vaxt bu kimi sözləri eşidirsiniz: “Bu, sizin etməli olduğunuz şey deyil”. Bəlkə də özünüzə daha çox inanmağın vaxtı gəldi. 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər