Bizə yaxşı vərdişlər formalaşdırmağımıza mane olan 5 mif

İnsanların yalnız 8%-i yeni il vədlərini yerinə yetirməyi bacarır. Yaxşıya doğru dəyişmək üçün yeni faydalı vərdişlər formalaşdırmaq və ya köhnə və pis vərdişlərdən yaxa qurtarmaq vacibdir. Bunu etmək həmişə asan deyil. Çox vaxt ona görə ki, vərdişlərlə bağlı müəyyən miflər var və onlar bizə bu işdə mane olurlar. Onlara nəzər yetirək. 

1. Vərdiş 21 günə formalaşır

Yəqin ki, siz də bu fikri eşitmiş olarsınız. Ümumiyyətlə, “vərdiş 21 günə formalaşır” ideyası ilk dəfə 60-cı illərdə Maksuell Molçun “Psixokibernetika” kitabında səsləndirilib. Bir müddətdən sonra psixoloqlar, şəxsi inkişaf ekspertləri və istəyən hər bir kəs bu düşüncəyə inanmağa başladı. 

Yazıçı Uill Bouenin “Şikayətsiz dünya” adlı kitabını oxumusunuzsa, bu ideya ilə orada da rastlaşmısınız. Əslində, 21 gün ideyası çox cəlbedici və ilhamlandırıcı səslənir: siz cəmi üç həftəyə tamamilə başqa bir insana çevrilirsiniz – məhsuldar və uğurlu, idmanla məşğul olan və gündə ən azı bir saat kitab oxuyan. 

Lakin tədqiqatlar göstərir ki, hər hansı bir vərdişə yiyələnmək üçün təqribən 18-254 gün vaxt tələb olunur. Məsələn, idmanla məşğul olmaq vərdişi altı həftəyə formalaşır. Düzdür, çox da optimistik səslənmir. Lakin bu, boş-boş illüziyalar qurmaqdan daha yaxşıdır.

2. Yeni vərdiş formalaşdırmaq üçün dissiplin və güclü iradə lazımdır

Ümumiyyətlə, iradə gücünə çox əhəmiyyət verilir. İddiaya görə, özünüzü bir müddət məşq etməyə və ya şirniyyat yeməməyə məcbur etsəniz, hər şey əla olacaq. Məcbur edə bilmədiniz? Deməli, iradəniz yoxdur, öz günahınızdır. 

Əslində, vərdiş biz elə bunun üçün lazımdır: iradə gücündən istifadə etmədən bu və ya digər işi görmək. Unutmayın ki, iradə tükənən resursdur. O, əzələ kimidir və uğur qazanmaq üçün trigger, fəaliyyət şablonu və mukafatdan ibarət olan “qıynaq” yaratmağınız lazımdır. Məsələn, zəngli saatın səsini eşidirsiniz, çarpayıdan qalxırsınız və bir stəkan su içirsiniz – trigger budur, yəni sizə yerinə yetirməli olduğunuz tapşırığı xatırladan hadisələr. 

Daha sonra ardıcıl olaraq müəyyən hərəkətlər edirsiniz: idman paltarınızı geyinirsiniz, yoqa ilə məşğul olursunuz. Sonda isə mükafat alırsınız – bədəninizdəki “yüngüllük” hissi, dadlı çay və ya qəhvə. 

Qeyd edək ki, bu zəncirin ən vacib elementi mükafatdır. Bu səbəbdən mürəkkəb işləri sizə sevinc gətirən fəaliyyətlərlə birləşdirsəniz, daha yaxşı olar: məsələn, qaçış zamanı sevdiyiniz audiokitabı dinləyin.

3. Tətbiqetmələr və mobil servislər vərdişləri formalaşdırmağa kömək edirlər

Bizim üçün cəlbedici olan fikirlərdən biri də budur. Biz elə düşünürük ki, hər hansı bir tətbiqi yükləsək və instruksiyaya əməl etsək, dərhal bütün faydalı vərdişlərə yiyələnmiş olacağıq. 

Təəssüf ki, proqram və servislər faydalı vərdişləri formalaşdırmağa kömək etmirlər. Bəzi hallarda hətta manə olurlar. Məsələn, bal qazandıran və ya bizi digər insanlarla rəqabət aparmağa təşviq edən tətbiqlər sadəcə vaxt itkisidir. Onlara sərf etdiyiniz saatları idmana, xarici dilə və ya kitaba ayırsanız, daha böyük fayda qazanarsınız. 

Tədqiqatçıların fikrincə, “vərdişləri formalaşdıran” tətbiqlərin hamısında xatırlatma funksiyası var ki, bu funksiya bizə əksinə mane olur.

4. Bir gün ara versən, sıfırdan başlamalısan

Yəqin ki, bu nəzəriyyəni dəfələrlə eşitmisiniz. Hər hansı bir hərəkəti fasiləsiz yəni hər gün təkrarlamaq vacibdir. Ən azı bir dəfə bu zənciri qırsanız, əvvəlki nailiyyətləriniz dəyərsizləşəcək və hər şeyə sıfırdan başlamalı olacaqsınız. Çox sərt səslənir və çoxları bir dəfə səhər idmanına və ya ingilis dilinə ara verəndə, əvvəlki səylərin faydasız olduğunu düşünür. 

Və çox nahaq. Düzdür, müntəzəmlik vacibdir – həm vərdişlər, həm bacarıqlar üçün. Bir şeyi dəfələrlə təkrar etdikdə, beynimizdə xüsusi neyron birləşmələr formalaşır ki, onların sayəsində növbəti dəfə eyni tapşırığa daha az güc sərf edə bilirik. 

Lakin bu qayda təsəvvür etdiyiniz qədər sərt deyil. Əgər bir gün ara verdinizsə, bu əvvəlki səylərin boşa çıxması anlamına gəlmir. 

Sizin beyniniz dəyişilməyə, yeni bilik qəbul etməyə, tanımadığı bacarıqlara yiyələnməyə artıq başlayıb. Bilik, təcrübə və neyron birləşmələr bir və ya iki günə yox ola bilməz. 

5. Əsas özünü dəyişdirməkdir

Burada da iradə gücü ilə olduğu kimidir. Bizə elə gəlir ki, dəyişikliklərin açarı yalnız davranışımızdadır. Onu dəyişsən – məsələn, erkən qalxıb yulaf bişriməyə başlasan – vərdişini də dəyişmiş olarsan. 

Lakin bu halda, ətraf mühitin həyatımızdakı rolu tamamilə nəzərimizdən qaçırır, o isə olduqca əhəmiyyətlidir. 

Məsələn, sağlam səhər yeməyini götürək: səhər-səhər sıyıq bişirmək üçün kifayət qədər həvəsiniz olmadığına görə özünüzü günahlandıra və ya əsl problemin nədə olduğunu analiz edə bilərsiniz. Bəlkə yulafı sevmirsiniz –  o zaman sağlam səhər yeməyinin digər variantları barədə düşünün və ya özünüzü sıyığı dadlı edəcək quru meyvə ilə təmin edin. 

Bəlkə səhər tezdən yemək bişirməyi sevmirsiniz? Onda multibişirici ala və ya “tənbəl yulaf” düzəldə bilərsiniz: axşamdan yulafın üzərinə yoqurt tökün, meyvə və quru meyvə əlavə edin. İdmana gəldikdə, özünüzə gözəl idman ayaqqabısı alıb paltarlarınızı axşamdan hazır etsəniz, səhərlər qaçmaq daha asan olacaq. Bir sözlə, yalnız dissiplinə etibar etməyin. 

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları