Heç kəs dəqiqliklə həyatı boyu nə qədər mahnıya qulaq asdığını deyə bilməz. Lakin Kaliforniya universitetinin psixoloqları uşaqlıqda eşitdiyimiz mahnıların və melodiyaların bizim beynimizin “pleylist”ində həkk olunduğunu iddia edirlər.
Nəticələri «Association for Psychological Science» jurnalında dərc olunan tədqiqat bu cür təşkil olunmuşdu: könüllülər «Billboard» jurnalının tətib etdiyi siyahıya əsasən 1995-ci ildən etibarən 2009-cu ilə qədər olan hit mahnılara qulaq asırdılar. «Musiqili» hissə bitdikdən sonra könüllülərdən öz hisslərini və təəssuratlarını təsvir etmək xahiş olundu.
Son illərin mahnılarının güclü emosiyalar yaratdığı məlum olmuşdur. Təcrübədə 30 yaşlı insanların iştirak etdiyini nəzərə almaq lazımdır. Lakin iştirakçılar 1980-ci illərin əvvələrində bəstələnmiş mahnılardan daha güclü təəssurat almışdılar. O dövrdə bəstələnmiş mahnılar onların uşaqlıq illərinə təssədüf edirdi.
Öz valideynlərinin cavanlıq vaxtlarından olan mahnıları eşitdikdə iştirakçılar onları dərhal tanıyırdılar və bu mahnılardan böyük zövq alırdılar.
Sevdiyiniz mahnıların müasir və mükəmməl olmamasına baxmayaraq, öz musiqi seçim