32 C
Baku
Wednesday, July 17, 2024

“Biz Azərbaycan dəmir yolunun Ermənistan üçün açıq olmasını gözləyirik” – Paşinyan

“Bu gün biz regional kommunikasiyaların iş rejimində blokdan çıxarılması ilə bağlı məsələləri müzakirə etdik. Biz gözləyirik ki, Azərbaycan dəmir yolu yüklər üçün açıq olacaq, Azərbaycandan keçməklə Rusiya Federasiyasına və İrana Ermənistan qatarları keçəcək”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.

“Bir daha demək istəyirəm ki, Ermənistan bunda həqiqətən maraqlıdır.

Biz ölkəmizin suverenliyinə və yurisdiksiyasına əsaslanan bütün nəqliyyat-iqtisadi əlaqələri və kommunikasiyaları blokdan çıxarmağa başlamağa hazırıq.

Mən bu mövqeyi bir daha təsdiqləmək istəyirəm, təsdiq etmək istəyirəm ki, həm Ermənistanın sərhəd xidmətləri, həm də Ermənistan gömrük xidmətləri bütün nəqliyyat vasitələrinin, xüsusən də qatarların Ermənistan ərazisindən normal keçməsini təmin etməyə hazırdırlar.

Biz gözləyirik ki, Azərbaycan dəmir yolu yüklər üçün açıq olacaq, Azərbaycandan keçməklə Rusiya Federasiyasına və İrana Ermənistan qatarları keçəcək.

Biz bu məsələnin paritet əsasda, ölkələrin suverenliyi və yurisdiksiyası əsasında həllini gözləyirik”, – Paşinyan bildirib.

Son xəbərlər
Digər xəbərlər