4 C
Baku
Cümə, Yanvar 21, 2022

“Biz bu sənədi imzaladıq, yoxsa bütün Qarabağı itirəcəkdik” – Arayik Harutyunyan

Erməni qoşunları noyabrın 7-də Şuşa üzərində nəzarəti tamamilə itirib, – bunu Qarabağ separatçılarının lideri Arayik Harutyunyan bir az qabaq etdiyi müraciətində bildirib.

Onun sözlərinə görə, Azərbaycan ordusu son günə kimi dronlardan istifadə etdi və ağır zərbələr endirdi.

“Hamımız, bütün liderlər, belə bir problemin olmasına görə cavab verməliyik”, deyə o, bildirib.

Arayik Harutyunyan həmçinin söyləyib ki, dünən verilmiş qərara tarix qiymət verəcək. “Amma biz buna getməli idik. Hərbi əməliyyatlar eyni sürətlə davam etsəydi, bir neçə günə bütün Qarabağı itirəcəkdik”, – deyə o, vurğulayıb.

Mənbə:Anews.az
Son xəbərlər
Oxşar xəbərlər