18 C
Baku
Thursday, May 23, 2024

“Biz büdrədik” – “Intel”in səhmləri 10% ucuzlaşıb

“Intel” korporasiyasının səhmləri cümə axşamı ticarətin başa çatmasından sonra 9.6% ucuzlaşıb. Bu, şirkətin bütün fəaliyyəti boyu dərc etdiyi ən pis proqnozlarından birinin dərcindən sonra baş verib. Şirkət birinci rübdə gəlirin bir il əvvəlki 18.4 milyard dollardan və analitiklərin proqnozlaşdırdığı 13.9 milyard dollardan fərqli – 10.5 milyard dollar və 11.5 milyard dollar arasında dəyişəcəyini güman edir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Biz büdrədik, payımızı və dinamikanı itirdik. Hesab edirəm ki, bu il vəziyyət sabitləşəcək”, – deyə “Intel”in baş direktoru Pet Helsinqer deyib. Onun sözlərinə görə, bu, şirkətin çiplərini alan iki ən böyük bazarın zəifləməsi ilə əlaqəlidir.

Dördüncü rübdə “Intel”in gəliri 32% azalaraq 14 milyard dollar təşkil edib, xalis zərər isə əvvəlki illə müqayisədə 664 milyon dollar olub. Bütövlükdə 2022-ci ildə şirkətin gəliri 20% azalaraq 63.1 milyard dollar, xalis mənfəəti isə 60% azalaraq 8 milyard dollara düşüb.

“Intel”in maliyyə göstəriciləri və proqnozları açıqlandıqdan sonra digər çip istehsalçılarının da səhmləri azalıb: “AMD” səhmləri 2.6%, “Nvidia” səhmləri isə 2% ucuzlaşıb. Bununla yanaşı, Asiya çip istehsalçılarının səhmləri bahalaşıb, “Bloomberg Asia Pacific Semiconductors Index” indeksi isə 0.6% artıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər