9 C
Baku
Friday, December 13, 2024

Biz dünya haqqında heç nə bilmirik

Ağıllı insan və alim arasında fərq ondadır ki, ağıllı insan hər zaman çox şey bildiyini, alim isə heç nə bilmədiyini bəyan edir. Bəşəriyyət daim daha çox nə isə öyrənmək istəyir, buna görə dünyanın sirrini öyrənən xüsusi bir elm mövcuddur. 

Buna baxmayaraq bizə dünya sirri haqqında hələ çox az şey bəllidir.

1. Biz nəyə görə yatır və yuxu görürük?

Hər gün planetin demək olar ki, hər bir sakini yatır və yuxu görür. Bunun səbəbini təqiqatçılar hələ də müəyyən edə bilməyiblər.

Nəzəriyyələrin birinə görə biz beynimizin dincəlməsi və sterssdən qurtulmaq üçün yatırıq.

Tədqiqatlar göstərir ki, yuxuları izləyərək gələcəkdə başımıza gələcəkləri təxmin etmək olar. Məsələn, xəstəlikləri.

Nyu-Meksiko alimləri öyrədilmiş iştirakçıların öz qorxulu yuxularını idarə edərək depressiyadan sağaldıqlarını sübut etmişdilər.

Əgər biz nəyə görə yuxu gördüyümüzü bilsək, inanılmaz sayda ixtiralar edə bilərik.

Hələ ki, biz həqiqətdən uzağıq. Milyonlarla il boyu biz həyatımızın üçdə bir hissəsini yuxuda keçirdirik, lakin bunun səbəbini bilmirik.

2. Ölümdən sonra nə baş verir?

Ölüm – aləmimizin digər böyük bir sirridir. Heç kəs dəqiqliklə ölümdən sonra nə baş verdiyini deyə bilməz. Alimlər bunu aid etmək üçün çox şey edirlər, lakin cavablar əvəzinə daha çox suallar alırlar.

İlk əsas problem kliniki ölümdür. Kliniki ölüm yaşamış bir çox insanlar ağ işıq gördüklərini, musiqi eşitdiklərini, havada uçduqlarını, bədənlərindən çıxdıqlarını və s. deyirlər. Bu təcrübəni hallüsinasiya adlandırmaq olmaz, çünki bu hadisələr beynimizin və ürəyimizin söndüyü anda baş verir.

3. Nəyə görə Yerdə həyat yaranıb?

Süni həyat yaratmamışdan öncə biz uzun bir yol keçmişik.

Lakin hər birimiz etiraf etməliyik ki, Yer üzündə həyatın necə yarandığını bilmirik.

Təxminən 3,8 milyard il əvvəl üzvi molekullar müəyyən kimyəvi reaksiyalara girirlər. Bu ribonuklein turşusunun və daha sonra həyatın yaranmasına səbəb olur.

Molekulları bu cür reaksiyaya nəyin sövq etdiyi hələ də naməlumdur.

Bəziləri dünyanın Allahın yaratdığını, digərləri isə ultra bənövşəyi işıq əvəzində yarandığını düşünürlər.

4. Kainatın qanunları

Müşahidələrə əsaslanaraq biz belə bir nəticəyə gəlmişik ki, kainat genişlənir. Bunu danmaq olmaz. Həmçinin kainatın sürətləndiyini də danmaq olmaz. Qravitasiya qanunlarına əsasən, hər şeyin sürəti azalmalıdır. Bir çox insanlar bunda qara materiyanı və enerjini günahlandırırlar. Lakin bu materiya və enerjinin haradan gəldiyi məlum deyil. Bundan savayı, onların varlığının sübutu da yoxdur. Kainat öz xüsusi qanunlarına uyğun yaşayır. Biz isə bu barədə sadəcə mülahizə irəli sürə bilirik.

5. Tarixin sirləri

Biz tarixi bugünkü günümüzə qədər gəlib çatmış nağıl kimi qəbul etməyə öyrəşmişik. Lakin zamanla bir çox faktlar yox olur və tarixdə ağ ləkələr yaradır. Baxmayaraq ki, bizə bir sıra dövrlər haqqında çox şey məlumdur, məsələn Qədim Roma dövrü haqqında, tarixin bir neçə səhifələri və hətta əsrləri bizə məlum deyil.

6. İnsan nəyə görə incəsənətə tələb duyur?

İstənilən yaradıcı insandan soruşun ki, o, nəyə görə rəsm çəkir, əsər yazır və yaxud digər incəsənət fəaliyyəti ilə məşğul olur. O, yəqin ki, bu suala cavab verməyəcək. İnsan özü də bilmədən incəsənət ilə məşğul olur.

7. Dinozavrların sirləri

Biz uşaqlıqdan bilirik ki, bir zamanlar planetimizdə dinozavrlar yaşayıb. Onlar barəsində bizim çox az məlumatımız var, çünki dinozavrların qalıqları bugünkü günümüzə qədər gəlib çatmayıb.

Məsələn, dinozavrın skeletinin milyonlarla illər ərzində saxlanılması və bugünkü günə qədər gəlib çatması üçün bir sıra şərtlər tələb olunur. Bu isə o deməkdir ki, biz hər hansısa növlərin skeletini tapırıqsa belə, bu skeletlər tam olmur. Bir çox canlılar qalıqları heç qalmayıb.

Məsələn, bu günkü günə qədər 10 milyon il sürən trias dövrünə aid canlıların cəmi bir neçə sümük qalıqları gəlib çatıb.

8. Qədim ədəbiyyat

Əsərləri bütün dünyaya məlum olan yazıçılar haqqında biz çox şeyi bilmirik. Məsələn, Uilyam Şekspir. O, bütün dünyada öz əsərləri ilə məşhurdur. Lakin buna baxmayaraq Şekspir haqqında bizə çox az məlumat bəllidir. Hətta belə bir mülahizə var ki, Şekspir qadın olub və ləqəb altında əsərlərini yazıb.

9. Cazibə qüvvəsi

Biz bu məqalədə daha öncə kainatın qravitasiya qanunlarına uymadığını demişdik, lakin cazibə qüvvəsi özü də öz qanunlarına tabe olmur.

Qravitasiya yeganə gücdür ki, özü özünə ziddir və cisim olduqca kiçik olduğunda fəaliyyət göstərmir.

Əslində, qravitasiya fiziklər üçün əsl baş ağrısıdır. Bir çox fiziklər isə hətta iddia edirlər ki, qravitasiya ümumiyyətlə mövcud deyil.

10. Dünya haqqında nəzəriyyələr daim dəyişir

Təxminən 19-cu əsrin sonlarına yaxın biz biliklərin sərhədinə yaxınlaşdığını düşünürdük. Lakin həmin dövrdə Eynşteyn peyda olur və dünyanın ən məşhur düsturunu dərc edərək dünya haqqında təsəvvürlərimiz dəyişir.

Biz hər dəfə əhəmiyyətli ixtira etdikdə əslində dünya haqqında nə qədər az bildiyimizi anlayırıq.

Son xəbərlər
Digər xəbərlər