Biz Ermənistanla sülh danışıqlarında mühüm irəliləyiş əldə etmişik.
Bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Vaşinqtonda Hudson İnstitutunda onlayn seminarda çıxışı zamanı deyib.
“Biz sülh sazişi istiqamətində mühüm irəliləyiş əldə etmişik. Biz heç vaxt bu qədər yaxın olmamışıq. İndi hər iki ölkənin bu düşmənçilik fəslini nəhayət bağlamaq və Cənubi Qafqaz regionunda vəziyyəti dəyişmək, onu mehriban qonşuluq, sabitlik və sülh məkanına çevirmək üçün tarixi fürsət var. Bildiyiniz kimi, bu proses uzun müddətdir ki, davam edir. Demək olar ki, otuz ildir ki, vasitəçiliyimiz var, lakin ötən dekabrda hər iki ölkə qərara gəlib ki, danışıqları davam etdirmək və onları yekunlaşdırmaq üçün ən effektiv və ən perspektivli format ikitərəfli birbaşa formatdır. Və o vaxtdan bəri bir sıra mühüm nailiyyətlər, o cümlədən etimad əldə olunub”, – o deyib.
Əmirbəyov hesab edir ki, danışıqlar masası üzərində olan sülh sazişinin mətninə baxsanız, tərəflər onun başa çatmasına çox yaxındırlar.
“Azərbaycan bütün beynəlxalq ictimaiyyətin gözləntilərini doğrultmaq, eləcə də bu münaqişənin əsasında duran bu problemi, yəni Ermənistanın Azərbaycana ərazi iddiaları məsələsini birdəfəlik həll etmək üçün əlindən gələni etmək niyyətindədir. Buna görə də biz ümid edirik ki, qalan çətinliklər qısa müddət ərzində layiqincə həll olunacaq və biz təhlükəsiz, davamlı və dönüşü olmayan sülhə nail ola biləcəyik”, – o əlavə edib.
Sülh müqaviləsinin imzalanması üçün mümkün müddətlərdən danışan Əmirbəyov qeyd edib ki, hər hansı bir vaxtdan danışmaq məqsədə uyğun deyil.
“Bu, daha çox Ermənistan tərəfinin sülh sazişinin imzalanması yolunda qalan yeganə maneəni, yəni Azərbaycana qarşı konstitusiya ilə təsbit olunmuş ərazi iddialarını aradan qaldırmaq qabiliyyətindən və istəyindən asılı olacaq razılaşdırılıb, qalan bütün məsələlər mümkündür, lakin biz bu münaqişənin çox ekzistensial səbəbinə, yəni onların konstitusiyasında yer alan ərazi iddialarına göz yumaraq, sülh sazişi imzalaya bilmərik həll edilərsə, son həllə bir o qədər tez çatarıq”, – o əlavə edib.