7 C
Baku
Wednesday, December 4, 2024

Biz nədən və niyə qorxmalıyıq?

Bəzi ermənipərəst Avropa siyasətçiləri və ictimaiyyətinin əsas fikri:

“Son 35 ildə olanlara fokuslanmaq doğru deyil. Bu xalqlar arasında nifaqı saxlaya bilər. Biz keçmişə deyil, gələcəyə baxmalıyıq”.

Bu fikrə cavab:

Əlbəttə hər bir dövlət, hər bir xalq həmişə gələcəyə baxır, baxmalıdır. Amma keçmişindən dərs çıxararaq. Avropa da haqlı olaraq 10 milyonlarla insanın ölümünü, Avropanın viran olmasına səbəb olan II Dünya Müharibəsini, Faşist Almaniyasının 1933-1945-ci illərdə törətdiklərini, faşizmin baş qaldırmasına səbəb olan hadisələri (araşdırmalar aparmaq, filmlər çəkmək, faşizmin baş qaldımaması üçün hər cür tədbirləri görmək, faşizmin ən kiçik işartılarını gördükdə ona qarşı mübarizə aparmaqla) necə unutmursa, faşizmin baş qaldırmasından necə ehtiyat edirsə, qorxursa, biz də son 200 il ərzində torpaqlarımız hesabına öz dövlətini qurub (daha doğrusu başqa dövlətlər tərəfindən yaradılıb) və bu dövləti bizim torpaqlarımızı işğal etmək hesabına mərhələrlə genişləndirən erməni şovinizmindən, erməni faşizminin əsas məqsədi olan “Böyük Ermənistan” ideologiyasından, erməni faşizminin, qəddarlığının yenə Ermənistanda, Qarabağda və digər torpaqlarımızda, bütün dünyada baş qaldırmasından bir o qədər qorxuruq, ehtiyat edirik.

Avropa faşizmin yenidən baş qaldırmasını Avropa üçün, gələcək nəsilləri üçün nə qədər ciddi təhlükə hesab edirsə, biz də xəstə “Böyük Ermənistan” ideologiyasına malik erməni faşizminin baş qaldırmasını Azərbaycan üçün, gələcək nəsillərimiz üçün o qədər böyük və ciddi təhlükə hesab edirik.

Biz də irəli baxırıq, irəli gedirik, amma arxamızdan vurulmamaq üçün arxaya baxa-baxa addımlayırıq. Faşizmə münasibətdə Avropanın addımladığı kimi.

P.S. Əslində səsləndirdikləri fikirlə Avropa son 35 ildə ermənilərin haqsızlıqlarını etiraf edir. Bu haqsızlıqlara 35 il göz yumub mışıl-mışıl yatan Avropa yuxusunu pozmayıb 2-3 il də yatmağa davam etsə yaxşı olmazmı?

Müəllif: Elman Sadıqov, iqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər