26 C
Baku
Saturday, July 27, 2024

Bizi zəiflədən və gücləndirən davranışımız

Bizi zəiflədən davranışlar:

• “xeyr” demək istədikdə, “bəli” demək,

• dincəlməmək,

• Özümüzə “nəyin xatirinə buna dözürəm?” sualını vermək əvəzinə, bir az daha dözməyə çalışmaq,

• özümüzə lazım olanı tələb etmək əvəzinə, kimdənsə incimək,

• öz işimizlə məşğul olmamaq,

• uydurduğumuz hər hansı səbəblərə görə, çox maraqsız bir insanla ünsiyyətə davam etmək,

• ətrafımızdakı insanların daim mənfi təəssürat yaradan mövzular ilə bağlı danışması,

• siyasət, yollardakı tıcaxlar, faizlər və s. barədə çox danışmaq,

• kimisə yersiz müzakirə etmək,

• başqalarının necə yaşaması ilə bağlı çox və emosional danışmaq,

• maraqsız, bezdirici işdə işləmək,

• qorxmaq,

• kiminsə gələcəyini və həyatın dəyişəcəyini gözləmək,

• insanın özünü yetərsiz, bacarıqsız, uğursuz hesab etməsi.

Bizi gücləndirən davranışlar:

• yeni insanlarla tanış olmaq,

• yeni biliklər əldə etmək,

• səyahət etmək,

• qorxuların öhdəsindən gəlmək,

• nə isə yeni bir şeyi sınaqdan keçirmək,

• yaradıcılıqla məşğul olmaq,

• xoş insanlarla ünsiyyətdə olmaq,

• bizə inanan və bizi dəstəkləyən insanlarla ünsiyyətdə olmaq,

• fiziki yoröunluqdan azad olmaq,

• emosional yorğunluqdan azad olmaq,

• “xeyr” demək istədikdə “xeyr”, “bəli” demək istədikdə “bəli” demək,

• xoşumuza gələn işləri görməyə başlamaq.

Son xəbərlər
Digər xəbərlər