5 C
Baku
Saturday, December 14, 2024

“Bizim əsas hədəfimiz inflyasiya, qiymət sabitliyi, maliyyə sabitliyidir”

“Cari ildə başlıca məqsədlərdən biri makroiqtisadi sabitliklə yanaşı, maliyyə sabitliyinin təmin olunmasıdır. Bank sektorunun restrukturizasiyası və prosesin tamamlanmasıdır”.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov məlumat verib.

“Lakin AMB həmişəki kimi təkcə sabitlik funksiyası ilə kifayətlənmir. Cari ildə görəcəyimiz ən başlıca işlərdən biri də maliyyə sektorunun inkişafı layihələrinin həyata keçirilməsidir. Bank sektorunun daha dinamik inkişafı, onun real iqtisadiyyata töhfəsinin artırılması, sığorta bazarının genişləndirilməsi olduqca mühüm çağırışdır. Burada xüsusi strateji layihə hazırlanıb icra olunacaq. O cümlədən kapital bazarın rolunun artırılması diqqətdə saxlanılacaq. Bizim çox ambisiyalı planlarımız var. Pul-kredit siyasətinin normallaşdırılması istiqamətində düşünürük. Bu başlıca olaraq inflyasiya hədəflərinə nail olmaqdan asılı olacaq. Çünki bizim əsas hədəfimiz inflyasiya, qiymət sabitliyi, maliyyə sabitliyidir. Bundan asılı olaraq pul-kredit siyasətini normallaşması prosesi davam etdiriləcək”, – deyə AMB-nin sədri bildirib.

E. Rüstəmov ödəniş sisteminin müasirləşdirilməsi istiqamətində işlərin davam etdiriləcəyini açıqlayıb: “Bizneslə bank arasında onlayn münasibətlərin qurulması mühüm prioritetlərdən olaraq qalır. Növbəti ildə biz “7-24-365 gün” layihəsini başa çatdıracağıq. Bununla da ödəniş sisteminin il ərzində və gün ərzində fasiləsiz işini təmin edəcəyik. Bu, bank sektoru, biznes üçün çox faydalı olacaq. Bu istiqamətdə bir sıra aktiv pilot xarakterli layihələr var. İT və ödəniş sistemləri istiqamətində əhəmiyyətli investisiyalar qoyacağıq. Bunu bank, maliyyə sektoru üçün, biznesə daha yaxşı şərait yaradılması üçün edirik”.

©APA

Son xəbərlər
Digər xəbərlər