Bizim həyatımızın bir çox sahəsi bilavasitə pulqabımızın ölçüsü ilə bağlıdır. Sağlam qidalanma, yuxu, ruhi sakitlik – bütün bunları çox asanlıqla pul sayəsində əldə etmək mümkündür. Həmçinin bu əlaqədə düz və tərs mütənasiblik də mövcuddur, çünki biz nə qədər sağlam və sevincli olsaq pul qazanmaq imkanımız da bir o qədər çox olar.
Gəlin ilk baxışda heç bir əlaqənin olmadığı təsirini bağışlayan, həyatımızın bir neçə olduqca vacib sahəsini nəzərdən keçirək. Amma sən demə bizim maliyyə durumumuz bu sahələrin təsir dairəsinə biz düşündüyümüzdən daha çox düşür.
Stress
Biz adətən işdə çox böyük gərginlik altında oluruq. Ağır keçmiş iş günündən sonra bizim əhval-ruhiyyəmiz aşağı səviyyədə olur və bu da əksər hallarda ailə mübahisələrinə gətirib çıxarır. Stress ən müxtəlif təsirlərin nəticəsində ortaya çıxa bilər, amma onları yaradan səbəblər sırasında pula görə yaşanan narahatlıqlar birinci yerdə durur. Axı bizlərdən demək olar ki, hər kəs pul kasadlığı və ya hesabların ödənməsi, pula qənaət edilməsi, təqaüdlərin azlığı, pul yığmağın çətinliyi ilə bağlı problemlər üzündən fikir çəkməli olub.
Pul –daimi narahatlıqların mənbəyidir və təəccüblü deyil ki, stress bir qayda olaraq pulların çatışmazlığı üzündən yaşanır, baxmayaraq ki, biz adətən onun səbəblərini başqa şeylərdə axtarırıq. Əgər sizin pulunuz kifayət qədər olarsa, onda stress haqqında unutmaq da olar –bu zaman işdə biz həddindən artıq gərginlik keçirmirik (hər əlavə qəpik üzərində istirahət bilmədən çalışdığımız iş), ailədə problem olmur (məişət məsələləri mübahisələrin başlıca mənbəyidir, nəzərə alın ki, onlar çox asanlıqla pul sayəsində həll edilir).
Zaman
“Zaman qızıldır” məsəli bizim günlərdə özünü həmişə olduğundan daha çox doğruldur. Vaxtın düşüncəsiz şəkildə sərf edilməsi –pulun küləyə sovrulmasına bərabərdir. Çox insanlar o qədər də böyük olmayan bir iş götürüb, bir az əlavə pul qazana bilərlər, amma televizor qarşısında bir neçə saat oturmaqdan ötrü bunu etmirlər.
Yaxınlar ilə əlaqələrin pisləşməsi
Psixoloqların verdiyi məlumata əsasən hər il pulu öz yaxınları ilə münasibətlərinin pisləşməsi və başlıca mübahisə səbəbi adlandıran insanların sayı çoxalır. Əgər ailə bir neçə il ardıcıl şəkildə qənaət etmək və pulu nəyə çatdırmaq və nəyi təxirə salmaq məsələsi ilə bağlı əziyyət çəkirsə, pul çatışmazlığı onların münasibətləri üçün çox ciddi və çətin bir sınaq olacaq. Axı sizə mübahisələrin aydın səbəbləri kimi görünən bütün məsələlər, məsələn “yuyulmamış qablar, evin balaca olması, paltarların əldə ayaqda gəzməsi, avtomobilin sıradan çıxması –bütün bu problemləri pul vasitəsi ilə həll etmək olar və daha sizin münasibətlər korlanmayacaq.
Sağlamlıq problemləri
Stress kimi sağlamlıqla bağlı problemlər də adətən pulsuzluq üzündən meydana çıxır. Məhz pulsuzluq üzündən siz mütəmadi müayinələrdən keçmir və ya ucuz müalicələr ilə öz sağlamlığınızı qurban edirsiniz, həmçinin daima pul dərdi çəkmək, insanı həm fiziki, həm psixi, həm də mənəvi cəhətdən əldən salır. Əgər siz daima maliyyə problemləriniz üçün narahatlıq keçirirsinizsə, onda xəstəliyə qarşı daha həssas və zəif olursunuz, xüsusən də əgər bu zaman sağlam həyat tərzi sürmürsünüzsə.
Qidalanma
Sizin maliyyə durumuzun ilə qidalanmanız arasında olan qarşılıqlı asılılıq olduqca aydın görünür. Əlbəttə ki, siz dükanda və ya restoranda yemək alarkən ilk növbədə hesabın qiymətinə və pulqabıdakı vəsaitin miqdarını fikir verirsiniz. Ən vacibi odur ki, sizin yemək seçiminizə qeyri-iradi olsa da pullar təsir edir. Siz daha ucuz, daha ziyanlı və daha çox kalorili yeməyi sadəcə onun daha aşağı qiymətə olması səbəbindən ala bilərsiniz. Belə olduqda siz təzə təravətli meyvə tərəvəzlər əvəzinə, mənşəyi bilinməyən konservləşmiş yeməklər alırsınız.
Təhsil
Məncə təhsilin puldan nə qədər asılı olduğunu dilə gətirməyə o qədər də ehtiyac yoxdur, bu hamıya gün kimi aydındır. Təəssüf ki, bu asılılıq, xüsusən də, bizim ölkədə olduqca güclüdür. Öz övladlarının yaxşı məktəblərdə, liseylərdə və ya universitetlərdə oxuması üçün, müxtəlif dillərdə danışması, uşaq yaşlarından dərnəklərə getməsi və hər tərəfli inkişaf etməsi üçün pul tələb olunur. Eləcə də bizim istədiyimiz xarici ölkədə təhsil və qalmaq xərclərimiz böyük vəsait tələb edir, bunu heç də hamı özünə rəva görə bilmir. Özünü təkmilləşdirmə və öz maraqlarını təmin etmə, özünü təsdiq etmə imkanlarını əldə etmək – bütün bunlardan ötrü pul lazım olur. Nəzərə alın ki, yaxşı təhsil uğurlu karyeraya başlamaq üçün bir startdır – bu sizə istədiyiniz işi dərhal və yüksək əməkhaqqı müqabilində əldə etmək şansı verməyə qadirdir.
Vərdişlər
Bizim vərdişlərin əksəriyyəti maliyyə vəziyyətimiz ilə bağlıdır. Bahalı geyimlər, qidalanma vərdişləri, səyahətlər -əlbəttə ki bütün bunlar sizin büdcəyə söykənir, pul yoxdursa bu vərdişlərdən heç biri də olmayacaq. Əgər pullar ilə bağlı vəziyyət həddindən artıq gərgindirsə, sizi yolu piyada ya metro ilə getmək, avtobus və ya taksiyə minmək arasındakı seçim etmək, işıq, qaz və suya qənaət etmək məcburiyyətində qalır, fendən, ütüdən, qızdırıcı və digər əşyalardan istədiyiniz kimi istifadə edə bilmirsiniz.
Emosiyalar
Emosiyalar əksər vaxtlarda pul ilə bağlı olur. Siz yalnız o zaman xoşbəxt olursunuz ki, pulla bağlı problemlərə görə narahat deyilsiniz və qayğısız şəkildə istədiklərinizə pul sərf edirsiniz. Amma böyük borclarımız olanda, ürəyimizdən keçənləri ala bilməyəndə və ya övladlarımızın istəklərini gerçəkləşdirmək imkanı olmayanda biz hirslənir həyata və özümüzə qarşı qəzəbli və kinli oluruq. Buna görə də bizim emosiyalarımız birbaşa pul ilə bağlı olur. Hətta pulun –həyat ən vacib şey olmadığı məqamlarda da o, bizim həyatımızda böyük önəm kəsb edir və böyük rol oynayır, bizim əhval ruhiyyəmizə təsir göstərir.
Əyləncələr
Demək olar ki, bütün əyləncələr olduqca məsrəflidir, istər bu kino və ya j=konsert bileti olsun, istər dostlar ilə idman oyunları, maraqlı kitablar və ya qız ilə gəzintiyə çıxmaq. Əlbəttə ki, sizin əyləncə seçiminiz və maraqlarınız sizin büdcənizin imkanları ilə məhdudlanır. Bəzən isə biz həyatımızın vacib hadisələrini pul çatışmazlığı səbəbindən qeyd edə bilmirik və əlbəttə ki, “Məzuniyyəti necə keçirməli?” klassik sualının cavabı da birbaşa sizin pulqabınızdakı məbləğdən asılı olur.
Yuxu
Emosiyalar, sağlamlıq və stressə təsir etdiyi kimi, maliyyə durumu bizim gecələr nə qədər rahat yatmağımıza da təsir edə bilər. Siz mənzilin kirayəsinə görə ödəməyə pul tapmır və buna görə də gecələr fikir edir və yatmaq əvəzinə çarpayıda o tərəf bu tərəfə vurnuxaraq qalırsınız. Amma əgər siz təzəlikcə vəzifədə yüksəldilmisinizsə və əməkhaqqınız artıbsa, onda çox güman ki, siz uşaq kimi rahat yatacaqsınız.
Bir çox insanlar başa düşmür ki, demək olar ki, bizim həyatımızın bütün sahələri maliyyə durumu ilə qırılmaz əlaqələr ilə bağlıdır. Amma bunu başa düşmək vacibdir, çünki ilk baxışda maliyyə, kapitalın idarə olunması qəti bir əlaqəsinin olmadığı kimi gözə çarpan bəzi nüanslar, əslində onlara böyük təsir göstərir. Bizim qəbul etdiyimiz bir çox qərarların maliyyə nəticələri olur. Bəzən biz qənaət etməyə çalışdıqca, öz maliyyə durumumuza bilməyərəkdən daha ciddi xətər yetirmiş oluruq.