“Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyət “Vəlioğlu 2018” MMC-ni məhkəməyə verib.
Banker.az xəbər verir ki, “Bizim Market” MMC-nin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır.
“Bizim Market” MMC ilə “Vəlioğlu 2018” MMC arasındakı məhkəmə çəkişməsinin səbəbi müqavilələrdən (alqı-satqı) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələrdir.
Qeyd edək ki, “Bizim Market” MMC-nin tərkibində yerləşən “Bizim Market” və “Novas Home” mağazalar şəbəkəsinin işlədilməsi başqa şirkətə həvalə edilib. Şirkət Grandmart, Bolmart və Megastore supermarketlər şəbəkələri ilə gələcək fəaliyyətlərini birgə davam etdirmək qərarı alıb.