13 C
Baku
Monday, May 20, 2024

Biznes aləmindən maraqlı məlumatlar

  • İlk Colgate diş məcunları şüşələrdə istehsal olunmuşdu.
  • Stiv Cobs şirkətini qurarkən belə bir ifadə işlətmişdi: «Əgər siz beş dəqiqə ərzində yaxşı bir variant təklif etməsəniz, mən şirkətimi Apple adlandıracam».
  • NİKE rəmzini dizayn edən müəllifə yalnız 35 dollar pul ödəmişdilər.
  • İş həftəsinin ən məhsuldar günü çərşənbə axşamıdır.
  • Smokinqlərin 20%-i may ayında kirayəyə götürülür.
  • Bütün restoranların 90%-i yaradıldıqları ilk il ərzində itkilərlə qarşılaşır.
  • Batareyalar istehsal edən Duracell şirkəti öz yeni beynəlxalq ofisinin yarısını istehsal etdiyi batareyaların tullantılarından istifadə edərək təsis etmişdi.
  • 2004-cü ildə Dondurmalar Assosiasiyası ətli «çiy dondurmalar» məhsullarını təqdim etmişdi. Assosiasiya bu məhsulların sayəsində dondurmaların məşhurlaşacağını gözləyirdi.
  • İlk iş ilində Microsoft 16 005 dollar məbləğində gəlir əldə etmişdi.
  • Neft maqnatı olan Con D. Rokfeller dünyanın ilk milyarderi olmuşdu.
  • Sony şirkətinin istehsal etdiyi ilk məhsul qaz plitələri olmuşdu.
  • Yaponiyanın restoranlarında bəxşiş verilmir.
  • Walt Disney şirkəti gün ərzində təxminən 120 000 kiloqram tullantı istehsal edir.
  • Yahoo! ilk olaraq “Ümümdünya Şəbəkədə Cerrinin Kitabçası” adlandırılmışdı.
  • M&M abviaturası bu konfetlərin yaradıcısı olan Mars & Murrie kimi açılır.
  • Dəmir ağacdan olan “qlamur” parketin bir kvadrat metrinin qiyməti 1500 dollar təşkil edə bilər.
  • Döş nahiyəsində genişləndirmə əməliyyatı edən qadınların orta statistik yaş həddi 34 yaş təşkil edir.
  • İlk reklam İngiltərədə 1477-ci ildə dərc olunmuşdu. Bu dua kitabının reklamı idi.
  • Apple şirkətinin ilk loqotipində İsaak Nyutonun rəsmi var idi.
  • Suparmarketlərdə uşaqlar üçün olan məhsullar aşağı rəflərdə yerləşir. İsteriya hallarına şahid olmaq istəmirsinizsə, uşaqları arabalara otuzdurun.
  • Macintosh ABŞ-da satılın alma sortunun adıdır. Bu alam sortu Stiv Cobsun sevimli meyvəsi idi.
  • Bir çox reklam elanlarında saatlarda göstərilən vaxt adətən 10:10 olur.
  • American Airlines şirkəti birinci sinif müştərilərə təqdim olunan salatlardan zeytunu çıxardaraq 40 000 dollar qənaət etmişdi.
  • Oyuncaqların 80%-i Çində düzəldilir.
  • Dünyada ən çox ifa edilən «Happy Birthday to you» mahnısının müəllif hüquqları qorunur.
  • Ağacın bir kub metrindən bir milyon yarım diş çöpü düzəltmək olar.
  • Orta statistik bankomat il ərzində öz ziyanına 250 dollar məbləğində səhv hesablamalar aparır.
  • Tide yuyucu tozları bazarının 70%-ni təşkil edir.
  • Çin atalar sözündə belə deyilir: «Gülümsəyə bilməyən insan ticarətlə məşğul ola bilməz».
Son xəbərlər
 ⁠
Digər xəbərlər