Biznes aləmindən maraqlı məlumatlar
- İlk Colgate diş məcunları şüşələrdə istehsal olunmuşdu.
- Stiv Cobs şirkətini qurarkən belə bir ifadə işlətmişdi: «Əgər siz beş dəqiqə ərzində yaxşı bir variant təklif etməsəniz, mən şirkətimi Apple adlandıracam».
- NİKE rəmzini dizayn edən müəllifə yalnız 35 dollar pul ödəmişdilər.
- İş həftəsinin ən məhsuldar günü çərşənbə axşamıdır.
- Smokinqlərin 20%-i may ayında kirayəyə götürülür.
- Bütün restoranların 90%-i yaradıldıqları ilk il ərzində itkilərlə qarşılaşır.
- Batareyalar istehsal edən Duracell şirkəti öz yeni beynəlxalq ofisinin yarısını istehsal etdiyi batareyaların tullantılarından istifadə edərək təsis etmişdi.
- 2004-cü ildə Dondurmalar Assosiasiyası ətli «çiy dondurmalar» məhsullarını təqdim etmişdi. Assosiasiya bu məhsulların sayəsində dondurmaların məşhurlaşacağını gözləyirdi.
- İlk iş ilində Microsoft 16 005 dollar məbləğində gəlir əldə etmişdi.
- Neft maqnatı olan Con D. Rokfeller dünyanın ilk milyarderi olmuşdu.
- Sony şirkətinin istehsal etdiyi ilk məhsul qaz plitələri olmuşdu.
- Yaponiyanın restoranlarında bəxşiş verilmir.
- Walt Disney şirkəti gün ərzində təxminən 120 000 kiloqram tullantı istehsal edir.
- Yahoo! ilk olaraq “Ümümdünya Şəbəkədə Cerrinin Kitabçası” adlandırılmışdı.
- M&M abviaturası bu konfetlərin yaradıcısı olan Mars & Murrie kimi açılır.
- Dəmir ağacdan olan “qlamur” parketin bir kvadrat metrinin qiyməti 1500 dollar təşkil edə bilər.
- Döş nahiyəsində genişləndirmə əməliyyatı edən qadınların orta statistik yaş həddi 34 yaş təşkil edir.
- İlk reklam İngiltərədə 1477-ci ildə dərc olunmuşdu. Bu dua kitabının reklamı idi.
- Apple şirkətinin ilk loqotipində İsaak Nyutonun rəsmi var idi.
- Suparmarketlərdə uşaqlar üçün olan məhsullar aşağı rəflərdə yerləşir. İsteriya hallarına şahid olmaq istəmirsinizsə, uşaqları arabalara otuzdurun.
- Macintosh ABŞ-da satılın alma sortunun adıdır. Bu alam sortu Stiv Cobsun sevimli meyvəsi idi.
- Bir çox reklam elanlarında saatlarda göstərilən vaxt adətən 10:10 olur.
- American Airlines şirkəti birinci sinif müştərilərə təqdim olunan salatlardan zeytunu çıxardaraq 40 000 dollar qənaət etmişdi.
- Oyuncaqların 80%-i Çində düzəldilir.
- Dünyada ən çox ifa edilən «Happy Birthday to you» mahnısının müəllif hüquqları qorunur.
- Ağacın bir kub metrindən bir milyon yarım diş çöpü düzəltmək olar.
- Orta statistik bankomat il ərzində öz ziyanına 250 dollar məbləğində səhv hesablamalar aparır.
- Tide yuyucu tozları bazarının 70%-ni təşkil edir.
- Çin atalar sözündə belə deyilir: «Gülümsəyə bilməyən insan ticarətlə məşğul ola bilməz».