6 C
Baku
Sunday, December 15, 2024

Biznes Analitik – CyberNet LLC

Biznes Analitik

Vəzifə öhdəlikləri:

• Layihə qabağı yoxlamaların aparılması, Sifarişçinin təmsilçiləri ilə analitik müsahibələrin aparılması və işlənib hazırlanan proqram təminatına dair Sifarişçinin tələblərinin müəyyən edilməsi və təhlili
• Mövcud olan informasiya sistemlərinin/proqram təminatının və məqbul texnologiyaların ekspertizasının aparılması
• Proqram təminatının optimal işlənib hazırlanması məqsədilə Sifarişçiyə konsultasiyaların verilməsi
• Proqram təminatından istifadə edərək istehsalat prosesinin optimallaşdırılma variantlarından seçim etməkdə Sifarişçiyə köməyin göstərilməsi
• Sifarişçinin tələblərini, istəklərini və imkanlarını nəzərə alaraq məlumat və proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri
• Proqram təminatının işlənib hazırlanması, testdən keçirilməsi və tətbiqi zamanı Sifarişçinin təmsilçiləri ilə daima təmasda olmaq və əlaqə saxlamaq
• Hazır proqram təminatına dair istifadəçi təlimatların, qaydaların və reqlamentlərin işləyib hazırlaması
• İnformasiya sistemləri/proqram təminatın işləyib hazırlanmasına və təkmilləşdirilməsinə dair texniki sənədlərin hazırlanması
• Qurulan modellər üzrə Sifarişçi üçün təqdimatların keçirilməsi

Əsas tələblər:

• Ali təhsil (informasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir)
• İT sahəsində biznes-analitik və ya sistem analitiki vəzifəsində ən azı 2 il iş təcrubəsi
• Dil bilikləri: Azərbaycan və Rus
• Biznes sahəsi və biznes proseslərin idarə edilməsi haqqında biliklər
• Analitik düşüncə tərzi, müxtəlif insanlarla əlaqə və ünsiyyət qurma bacarığı

İş şərtləri və şəraiti:

• İş qrafiki: Bazar ertəsi – Cümə (saat 9:00 – 19:00), Şənbə – qısa iş günü (saat 10:00 – 15:00)
• Sosial paket: “VIP” paket tibbi sığorta
• Premiya və bonus sistemi

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Biznes analitik” mövzusu altında [email protected] elekton ünvanına göndərə bilərlər

Son xəbərlər
Digər xəbərlər