Korporativ mühitdə, cinsi hüquq bərabərliyinin pozulması nə qədər istəsəniz də, qaçılmaz faktdır. Xüsusən idarəetmə mövqelərindən söhbət gedəndə, ənənəvi olaraq ikinci dərəcəli menecerlər qadınlar hesab olunur.
Lakin dünyanın top şirkətlərinin sanballı hissəsi məhz xanımlar tərəfindən idarə olunur. Biznesin ən nüfuzlu qadınları, – onlar kimlərdir?
Çox vaxt kişilərin ağzından “Qadının yeri mətbəxtdədir” kimi şovinist fikirlər eşitmək olar. Bu kimi, olduqca dar düşünçəli vətəndaşların fikirincə, xanımlar sırf kişi işlərinin, maşını idarə etməyin, soft hazırlamağın və menecer funksiyalarını yerinə yetirməyin öhdəsindən gələ bilməzlər. Snobların narazılığına səbəb olaraq, iri şirkətlər reytinqində qadınlar heç də axırıncı mövqelərdə deyillər. Fortune jurnalının redaktorları ən müvəffəqiyyətli və qüdrətli biznesvumenlərin siyahısını tərtib etmişlər. E-xecutive siayhının ancaq “qaynar onluğunu” göstərir. Maraqlananlar üçün “long list”-ə burada baxmaq olar – http://money.cnn.com/galleries/2010/fortune/1009/gallery.most_powerful_women.fortune/index.html
№1. İndra Nui, PepsiCo
PepsiCo-nun başçısı İndra Nui artıq beş ildir ki, Fortunenin siyahısının lap yuxarısında özünü biznes-vumen kimi yaxşı hiss edir və görünür ki fəxri yeri tərk etməyə hazırlaşmır. Nə üçün də tərk etsin? PepsiCo təşəbbüsü ilə keçirilən udmalar şirkətin mədaxilini $60 mlrd-dan artıq etmişdir, səhmlərin qiyməti isə il ərzində 12% artmışdır. Səhmdarlar razı qala bilərlər.
№2. İren Rozenfeld, Kraft Foods
Xanım Rozenfeld Kraft Foods-un səhmdarlarının gözü qarşısında xoşagəlməz fiqur olmuşdur. O xüsusilə də, iri ərzaq şirkəti Cadbury qənnadı şirkətini misli görünməyən $19 mlrd. almaq qərarına gəldikdə, Uorren Baffetin qanını qaraltmışdır Lakin sonrakı hadisələr İren Rozenfeld-in nə etdiyini tarixdə ən müvəffəqiyyətli investordan daha çox yaxşı bildiyini göstərdi. Kraft Foods-un dövriyyəsi $48 mlrd. çatmışdır və şirkət özünü, Hindistan kimi inkişafda olan bazarlarda çox inamlı hiss edir.
№3. Patrisiya Vurts, Archer Daniels Midland
Xanım Vurts öz karyerasını sərt neftçilər arasında qurmuşdur, indi isə iri kənd təsərrüfatı və biotexnoloji şirkəti idarə edir. ADM qida və kimya sənayesində xammal kimi istifadə olunan əsas kənd təsərrüfatı bitkilərinin yeni növlərini yetişdirir. Şirkətin portfelində ümumilikdə 240-dan çox yetişdirilmiş bitki var. Bio yanacağa olan ümumi moda şirkətə investorlar tərəfindən marağı artırır. ADM-in səhmləri son 12 ayda 13% artmışdır. Və bunda da Patrisiya Vurtsın xidmətləri az deyil.
№4. Encela, WellPoint
Bu 50 yaşlı xanim Amerikanın sığorta bazarının Janna d’Arkıdır. Məhz o konqres iclasında ABŞ-ın çox qeyri populyar səhiyyə islahatlarına hiddətlənmişdir. Yeni qaydaların şirkətə gətirdiyi problemlərə baxmayaraq, WellPoint bazarda liderlik etməyə müvəffəq olur və müştərilərin loyallığını qoruyub saxlaya bilir.
№5. Andrea Yunq, Avon Products
Andrea Yunq həmişə əla görünür, başqa cür ola da bilməzdi, çünki o dekorativ kosmetika istehsal edən şirkətə başçılıq edir. Bununla belə onun menecerlik istedadları heç də xarici gözəliyyindən az qiymətləndirilmir. 2010-cu ilin əvvəlində onu Apple-in direktorlar şurası tərkibinə dəvət etmişdilər. Görünür, qüvvələri parçalamaq o qədər də yaxşı fikir deyildi: Avon indi enmə yaşayır.
№6. Opra Uinfri, Harpo Studios
Qara dərili Amerikan televiziya möcüzəsi Amerikanın ancaq mavi ekran siması deyil, həm də ciddi biznesvumendir, o Fortune-nin top reytinqindən artıq 25 ildir çıxmır. Onun Harpo Studios şirkəti çox vaxt Opra Uinfrinin şəxsiyyətı hesabına müvəffəqiyyət qazanan müxtəlif teleşoular istehsal edir.
№7. Ellen Kulman, DuPont
Ellen Kulman biznesdə müstəsna insandır. Ən azından ona görə ki, o, çörəyi innovasiyalar olan, texnoloji şirkətə rəhbərlik edir. Biznes-ledi DuPont-un idarə edilməsini öz zərif əllərinə şirkətin yaxşı formada olmadığı zaman almışdır. Həmin dövrdə onun əsas məhsulu olan teflon, lak və boya materiallarına olan tələbat azalırdı. Lakin xanım Kulman əksböhran menecerinin ən yaxşı keyfiyyətlərini göstərdi və biznesi yenidən qurdu. O hər şeyi tamamilə düzgün etmişdi. İndi şirkət özünü daha yaxşı hiss edir və məmnuniyyətlə yeni əməkdaşları işə götürür.
№8. Cinni Rometti, IBM
IBM-in satış, marketinq və strategiya üzrə vitse-prezidentinin çoxtərəfli səyləri səbəbindən İT-şirkətinin səhmlərinin qiyməti, Amerika iqtisadiyyatının “xəstəxana üzrə orta hərarətini” ölçən S&P indeksindən daha sürətlə artır. İBM-in səhmdarları Cinni Romettiyə inanırlar və gələcəkdə onu bu iri şirkətin başçısı kimi görürlər.
№9. Ursula Berns, Xerox
Xerox-dan Ursula Berns, şirkətə sədaqətli olmağın nümunəsidir və işəgötürənə uzun illər loyal olaraq hansı nailiyyətləri əldə etmək mümkün olduğunun canlı nümunəsifir. O, Xerox-da təcrübəçi kimi işləməyə başlamışdı, indi isə dünyada $22 milyard həcmdə mədaxili olan sənəd dövriyyəsi üzrə əsas ekspert sayılan şirkətə başçılıq edir.
№10. Kerol Barts, Yahoo!
Acı dillər Kerol Bartsı danlayır. Onlara inansaq, Yahoo! onun nəzarəti altında olduğu bir il yarım müddətdə, şirkəti hansı istiqamətdə aparmaq lazım olduğu aydın olmamışdır. Microsoft və Nokia ilə oyunlar və partnyorluğun da köməyi azdır. Yahoo! sürətlə kapitallaşmasını itirir. Bir il ərzində, nə vaxtlarsa böyük internet-şirkətin bazar qiyməti 15% azalmışdır.