Biznes haqqında ən maraqlı faktlar
- Statistikaya əsasən yeni açılan restoranların 90%-i elə açıldığı il də bağlanır.
- Çərşənbə axşamı iş həftəsinin ən məhsuldar günüdür.
- Hər gün dünyada təqribən 33 yeni məhsul yaradılır ki, onların da 13-ü oyuncaqdır.
- Hər gün təqribən 65 insan milyonçuya çevrilir.
- Qəhvə dünya üzrə benzindən sonra ən çox satılan ikinci məhsuldur.
- Dünyada mövcud olan oyuncaqların təqribən 80%-i Çində istehsal edilib.
- McDonalds şirkətinin əsas gəlirini hansı ölkədə yerləşməsindən asılı olmayaraq içkilər gətirir.
- Mağzalarda uşaqlara aid əşyalar uşaqların onları daha rahat görməsi üçün aşağı rəflərdə yerləşdirilir.
- Milyonçuların 20%-i heç vaxt universitet təhsili almayan şəxslərdir.
- American Airlines şirkəti biznes klassda sərnişinlərə verilən salatdan cəmi 1 zeytunu çıxarmaqla təqribən 40 min dollar qənaət etmişdi.
- Mağazalardan gələn xoş ətir süni qoxulardır və onlardan istifadə edilməsində əsas mqəsəd alıcını alış-veriş etməyə təşviq etməkdir. Bu xüsusi olaraq da ac olan alıcılara daha çox təsir edir.
- Fast-food restoranlarında daim dinamik musiqini eşitmək mümkündür. Belə ki, bu musiqinin sədaları altında insanlar yeməyini daha tez yeyir və tutduqları masanı daha tez boşaldırlar.
- Google yaradıcıları Larry Pedge və Sergey Brin 1998-ci ildə google-u Yahoo şirkətinə 1 milyard dollara satmaq istəsələr də, Yahoo şirkəti etiraz etmişdi. 7 ildən sonra, 2005-ci ildə Google şirkətinin dəyəri artıq 80 milyard dollar idi və illik gəliri 1,5 milyard dollar təşkil edirdi.
- Reklam xidmətləri bazarında illik dövriyyə yarım trilyon dollar təşkil edir. Müqayisə üçün qeyd edək ki, dünyada tütün dövriyyəsi təqribən 400 milyard dollar təşkil edir.