26 C
Baku
Sunday, April 28, 2024

Biznes haqqında 25 maraqlı fakt

1. İlk Colgate diş məcunu şüşə butulkalarda satılıb.
2. Əgər siz saat beşə qədər daha yaxşı ideya təklif etməsəniz, mən kompaniyanın adını alma (Apple) qoyacağam.
3. Nike brendinin yaradıcısı dizayna görə cəmi 35 dollar ödəyib.
4. İş həftəsinin ən məhsuldar günü ikinci gündür.
5. Smokinqlərin 20%-ni məhz may ayında icarəyə götürürlər.
6. Restoranların 90%i işə başladığı ilk il ərzində zərərə məruz qalır.
7. Duracell –batareya istehsalçısı öz beynəlxalq ofisinin bir hissəsini istehsalat üçün istifadə olunmuş materialların tullantılarından yararlanaraq tikmişdir.
8. Microsoft fəaliyyətə başladığı ilk il ərzində $ 16 005 dolar gəlir qazanıb.
9. Neft Maqnatı Con Rokfeller dünyanın ilk milyarder şəxsi olub.
10. Sony kompaniyasının ilk istehsal etdiyi məhsul mətbəx plitəsi olmuşdur.
11. Yapon restoranlarında “çay pulu” vermirlər.
12. Walt Disney kompaniyası demək olar ki, gün ərzində 120 000 kiloqram zibil istehsal edir.
13. Yahoo!-nun ilk adi isə “Ümumdünya hörümçək toru üzrə Cerri sorğu kitabçası” olmuşdur.
14. M&M abreviaturası isə bu konfetləri yaradan Mars və Murrie-nin adlarının ilk hərfi kimi açıqlanır.
15. İlk reklam 1477-ci ildə İngiltərədə çap olunub. Bu dua kitabının reklamı idi.
16. Uşaqlar üçün mallar həmişə vitrinlərin aşağı hissəsinə və altda olan piştaxtalara yığılır. Əgər uşağınızın isterika qoparmasını istəyirsinizsə, onu uşaq dükandakı əl arabalarına oturdun.
17. Macintosh ABŞ-da satılan alma sortunun adıdır, bu almalar Cobsun ən sevimli almaları idi.
18. Əksər reklam çarxlarında saatlar adətən saat 10:10-u göstərir.
19. American Airlines təyyarələrdə “biznes klass” sərnişinlərə verilən salatlardan təkcə zeytunu çıxarmaqla $ 40 000 dollara qənaət etməyə müyəssər olmuşdur.
20. Dünyadakı oyuncaqların 80%-i Çində hazırlanır.
21. Dünyada ən tez-tez istifadə olunan mahnı «Haррy Birthday To You» -əslində müəllif hüquqlarının müdafiəsi altındadır.
22. Bir kub metr ağac gövdəsindən yarım milyon diş çöpü hazırlamaq mümkündür.
23. Normalda bir bankomat il ərzində təxminən 250$ həcmində səhvə yol verir. Qeyd edək ki, bu səhvlərin çoxu müştəriyə lazım olandan artıq pulun verilməsidir.
24. Tide yuyucu toz bazarının təqribən 70%-ni əhatə edir.
25. Qədim Çin məsəlində deyilir: «Kim ki, gülməyi bacarmır, gərək ticarətlə məşğul olmasın».

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər