Biznes ideyasını haradan götürmək olar? Cefri Foksun məsləhətləri

Sizə Cefri Foksun “Kiçik biznesdə necə böyük pullar qazanmaq olar” adlı kitabından kiçik bir parçanı təqdim edirik. Düzdü, təəssüf ki, bu kitabı artıq satışda tapmaq mümkün deyil. Sizə məhz biznes ideyalarını haradan götürmək ilə bağlı hissəsini təqdim etmək istərdik.

Kiçik biznes üçün həddindən artıq geniş şanslar vardır. İdeyanın axtarış yolları isə aşağıda təsvir olunmuşdur:

1. Güzgüyə yaxşı baxın. Siz nə düşünürsünüz? Sizin bacarığınız biznesin təməli ola və sizə çoxlu pul gətirə bilər. 

2. Sizin ailə hansı işlə məşğuldur? Elə bir ailəvi biznesiniz vardırmı ki, gələcəkdə sizin ola bilər? Bəlkə ailə müəssisənsə işləməyə və işin bütün xırdalıqlarını öyrənməyə dəyər, bundan sonra isə siz öz şəxsi biznesinizin əsasını qoya bilərsiniz.

3. Çalışdığınız kompaniyanı yaxşıca nəzərdən keçirin. Bəlkə sizin kompaniyanın etmədiyi bir işlə məşğul olmaq lazımdır. Bazarın elə bir seqmenti varmı ki, sizin kompaniya ona xidmət göstərə bilərdi, lakin həmin seqment hələ də zəbt edilməmiş qalır?

4. Sizin kompaniya tərəfindən rədd edilən və ya reallaşdırılmayan ideyaları araşdırın. Əksər hallarda onlar xırda biznes üçün kifayət qədər perspektivli ola bilir.

5. Françayzinq ilə bağlı kitab və jurnallar oxuyun. Sürətlə inkişaf edən bir sahədə kompaniya alın və ya onun yaradıcısı olun, məsələn yaşı 30-dan çox olan qadınlar üçün idman zalı açın. Françayzinqin qarşısında çox geniş imkanlar sərhədi açılır.

6. Müəyyən etnik qrup üçün məhsul və xidmət təchiz etməyə çalışın. Sürətlə böyüyən bir qrup müəyyən edin və bu insanlara lazım olan məhsulu və onların istədiyi formada satmağa başlayın. Məsələn Dominikan Respublikasından Amerikaya mühacirət edən insanların nə almaq istədiyini müəyyən edin, Söhbət elə bir məhsuldan gedir ki, onlar onu ABŞ-da tapa bilmirlər. Ispan dilini öyrənin və ispanca danışan müştərilər ilə rahat ünsiyyətə girin.

7. İnsanlar yaşa dolduqca onlar səhiyyə və sağlamlığın mühafizə ilə bağlı daha bol çeşidli tibbi xidmətlərə ehtiyac duyurlar.

8. Müxtəlif bacarıq və qabiliyyətlərdən bəhs edən verilişlərə baxın – təmir, bağbançılıq, interyerin bəzədilməsi və s. Bu bizə müasir tendensiya və yeni, populyar ideyalardan xəbərdar olmaq imkanı verəcəkdir. Məsələn, istehlakçıları qarajla təmin edən kompaniyalar vardırmı? Ya da internet vasitəsi ilə bağlarda gül və çiçək kollarının salınınması ilə bağlı planlar təklif edən kompaniyalar varmı? Və ya olduqca məşğul, hər iki həyat yoldaşının işlədiyi, daima səfərlərdə olduğu, bir neçə evə malik ailə cütlüklərinin şəxsi işlərini idarə edən kompaniyalar varmı, bu tip insanlar olduqca fərqli həyat tərzi sürür və onlara işlərini nəzarətdə saxlamaq, planlama və təşkiletmə üçün kömək tələb olunur.

9. İşlədiyiniz kompaniyanı alın. Bu borc götürülən vəsaitlər hesabına həyata keçirilən sövdə və kompaniyanın menecment tərəfindən alınması ola bilər.

10. Siz auditorlar, vəkillər, kredit menecerləri, peşəkar brokerlər və elanlar vasitəsi ilə satışa çıxarılan kompaniyalar haqqında xəbər tuta bilərsiniz. Belə bir kompaniyanı alın.

11. Həmin biznesi başqa bir prizmadan qiymətləndirməyə çalışın. Siz bu tip bir biznesi daha yaxşı və səmərəli şəkildə təşkil edə bilərsiniz? Sizin son səfərlərinizin birində diqqətinizi çəkən hər hansı bir məqamı (diqqətinizi çəkən bir biznesi) xatırlayın, bəs sizin yaşadığınız yerdə bu tip bir biznes varmı, bəs ona tələbat necə?

12. Özünüzün köhnə planlarınızdan birini reallaşdırmağa cəhd edin, söhbət illərlə arzusunda olduğunuz və bir çox insanlara danışdığınız ideyadan gedir. Hələ proyektini məktəb vaxtı hazırladığınız biznes ideyasını gerçəkləşdirin.