21 C
Baku
Saturday, May 4, 2024

Biznes instinkti

Müəllif: Elçin Çobanov, Azfen J.V. HR Department

Bu ildən başlayaraq kiçik qardaşım da abituriyent həyatına start verib. Böyük qardaş kimi özümdə məsuliyyət hiss edib qardaşımla danışdım.

Soruşanda öyrəndim ki, o da mənim kimi ikinci qrupa hazırlaşır. Mən isə əksinə istərdim ki, atam kimi mühəndis olsun. Təbii sual verdim ki, “nəyə görə ikinci qrup?”. Cavabı isə çox cəld və düşünməmiş oldu “bilmirəm”. Qərara gəldim ki, qardaşıma və həyatının qalan hissəsinə təsir edəcək qərar verən digər gənclərə biznes dünyası haqqında kiçik bir məlumat verim.

Menecer olmağı cazibəli edən nüanslar:

1. Asandır
2. Gəlirlidir
3. Havalıdır
4. Sahibkar qədər risk etmir

Bəli, menecer (idarəçi) olmaq havalı bir işdir. Sahibkar olmaq üçün iqtisadi amillərdən (təşəbbüskarlıq, torpaq, kapital, işçi qüvvəsi, texnologiya) ən azından birinə sahib olmaq lazımdır. Sahib olduğun bu dəyərləri riskə atırsan, yəni investisiya edirsən və riskin əvəzində mənfəət əldə edirsən. Bunun əksinə menecer digərlərinin riskə atdığı resurslar haqqında qərarlar verir və bunun əvəzində mənfəətdən öz payını alır. Üstəlik hər zaman menecerlər göz qabağında olur. Biznes jurnallarında üz qabığında, universitet seminarlarında ən arzulanan insanlar uğurlu menecerlərdir. Çünki bu qrup insanlar adətən təbəqə keçidi edirlər.

Orta və aşağı səviyyədə yaşayan bir ailənin övladı vaxt keçir dəniz mənzərəli villa, Mercedes markalı maşın, Vertu markalı mobil telefon, Montblanc markalı qələm, Rolex markalı saat, bahalı geyimlər və s sahibi olur. Seminarlarının və məqalələrinin əksərində də ilk öncə rastlaşdığı çətinliklərdən danışır, sonra isə uğurlarından. Əfsuslar olsun ki, uğurlar sonda danışıldığı üçün dinləyicinin və oxuyucunun təəssüratı da belə qalır, sonu nağıllardakı kimi gözəl olur. Bunu dinləyən gənc də ona bənzəmək istəyir, onun kimi həyatını dəyişmək kimi istəklərlə yaşamağa başlayır. Halbuki həmin menecerin şəxsi kitabxanasına baxsan daha çox batmış (Bankrot olmuş) şirkətlər haqqında kitablar olduğunu görərsən. Bu səbəbdən mən əvvəlcə menecerin əldə etdiklərindən danışdım.

Bəli uğurlu menecer olsan bahalı markalar gündəliyin olacaq, hər kəs səni dinləyib pərəstiş edəcək, başqalarının bir ildə xərclədiyini siz bir gündə bir imzada xərcləyəcəksiniz. Amma…

Mən 2010-cu ildə Bank işindən məzun olmuşam. Fikirimcə ən elit menecerlər bank sektorunda uğur qazanmış menecerlədir. Bank sektoru insana sonsuz uğur gətirə bildiyi kimi bir dəfə səhv etməyə haqq verir və bu səhv sonuncu səhvin olur. Burada özünən başqa şirkətini də düşünməlisən. Bank sektorunda işləyənlər və Banklar haqqında qanunu bilənlər bilirlər müflis olmuş bankın ən uğurlu menecerinin belə Bank sektorunda şansları nə qədərdir.

Hal hazırda kadrlar şöbəsində işləyirəm. Gündəlik işlərimdən biri də gündəlik qapı göstəricilərini analiz etmək və işçilərin davamiyyətinə nəzarət etməkdi. İş yerini ən gec tərk edən əməkdaşlarımız təxmin edin kimlərdi. Təbii ki, birinci dərəcəli menecerlər. Sıradan işçilər iş yerini 18:00-da “menecerciklər” 17:00-da tərk etdiyi halda birinci dərəcəli menecerlər işi bitdikdə evinə gedir. Uğurlu menecer olmaq istəyirsənsə gecə 10-12-ə qədər işləməyə, körpə uşağına telefonla nağıl danışmağa, evdəkilər yatdıqdan sonra tək iş otağında səhərə kimi işləməyə, dostların toplaşanda sən imtina edib ofisində qalmağa, 24 saat mobil telefonun açıq qalmasına və gecə 3-4-də işə qayıtmağa hazır olmalısan. Lakin bunların hamısına razı olsan belə, universiteti fərqlənmə ilə bitirsən belə bu sənə uğur gətirəcək demək deyil. Çünki iki şey var ki, bunlar heç bir məktəbdə öyrədilmir:

1. instinkt
2. bəxt

Menecerlik instinkti insanın genində olmalıdır. Menecerləri qara kimano (pencəkləri nəzərdə tuturlar) geyinən samuraylara bənzədən maraqlı məqalə oxumuşdum bir dəfə. Mən isə menecerləri ovçulara oxşatmağı seçərdim. Günlərlə şikarını izləməli olacaqsan, palçığa bulaşacaqsan, şehin üstə yatacaqsan, bədənində yaralar-əziklər olacaq, bəxtin gətirsə, şikar qarşına çıxacaq onu ovlayacaqsan, ovunu tək daşıyacaqsan evinə gətirib ailə üzvlərinə, qohumlara və qonşulara paylayacaqsan. Bəli, ən yaxşı tikəni minnətdarlıq olaraq sənin qarşına qoyacaqlar, uşaqlar sənə qəhrəman kimi baxacaq, qadının hörmət edəcək, özünü lazımlı hiss edəcəksən amma ən böyük fədakarlığı da sən etməli olacaqsan. Bunlara hazırsansa uğurlar dostum, Allah köməyin olsun!

Son xəbərlər
 ⁠
Digər xəbərlər