25 C
Baku
Thursday, September 29, 2022

Biznes islahatları beynəlxalq qurumlara və QHT-lərə təqdim olundu

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində ölkədə aparılan biznes islahatlarının kommunikasiya prosesi davam edib. Bu dəfə beynəlxalq qurumlar və eləcə də qeyri hökumət təşkilatlarının nümayəndələri üçün xüsusi hazırlanan təqdimat zamanı dövlət satınalmaları, hüquqi şəxslərin dövlət qeydiyyatı, tikinti və elektron məhkəmə sahəsində aparılan iqtisadi islahatlar barədə məlumatlar verilib.

IMG 8630Mərkəzdən Banker.az-a verilən məlumata, əsasən İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, ”Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə biznes mühitinin daha da təkmilləşdirilməsi, onun rəqabət qabiliyyətinin artırılması, eləcə də özəl sektorun fəaliyyətində dövlət xidmətlərinin əlçatanlığının və keyfiyyətinin artırılması, operativliyin və şəffaflığın təmin edilməsi məqsədi ilə 2018-ci ilin dekabr ayının sonunda əsaslı biznes islahatları həyata keçirilib”.

IMG 8628“Biznes İslahatları” mövzusunda keçirilən təqdimat  zamanı dövlət satınalmaları üzrə qanunvericiliyə edilən son dəyişiklər iştirakçıların diqqətinə çatdırılmaqla, vahid internet portalının yaradılması, elektron satınalma modelinə keçid təmin edilməklə proseslərin sadələşdirilməsi, malgöndərənlərin şikayətlərinə baxılması müddətinin 20 bank günündən 10 bank gününə, qərarların elektron qaydada verilməsi ilə müddətin 3 bank günündən 1 bank gününədək azaldıldığı bildirilib. Bundan başqa, tikinti obyektinin tikintisinə və istismarına icazələrin verilməsi üzrə yeni Qaydanın tətbiq edilməsi nəticəsində “Bir Pəncərə” prinsipi əsasında icazələrin alınması ilə bağlı daha operativ və səmərəli imkanlar yaradılıb. Belə ki, ümumi prosedurların sayı 18 prosedurdan 7 prosedura, günlərin sayı isə 116 gündən 38 günə qədər azaldılması haqqında məlumat verilib.

IMG 8597Həmçinin, hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə həyata keçirilən islahat tədbiri nəticəsində biznesə başlama üçün sahibkarlar üçün yalnız vahid platformadan, bir prosedurla, bir gün ərzində qeydiyyat imkanı yaradılıb. “Mülki Prosesual Məcəllə” yə və digər müvafiq normativ hüquqi aktlara edilmiş dəyişikliklər nəticəsində məhkəmə prosedurlarının tənzimlənməsi standartları daha da sadələşdirilib. Eləcə də, vəkillərin istifadəsi üçün elektron iş idarəedilməsi sistemi üzrə hüquqi baza və inzibatçılıq daha da yaxşılaşdırılıb, şikayətlərə dair məhkəmə prosesi xidmətlərinin elektron formada aparılması imkanları artırılıb.

Beynəlxalq qurumlar və qeyri hökumət təşkilatlarının nümayəndələri üçün nəzərdə tutulan təqdimatlar Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə əməkdaşlıq şəraitində hazırlanıb.

 Poçt indeksi: AZ 1073                                                                                               Baki şəhəri,Yasamal ray, Landau küçəsi 16

Gözlənilir ki, Azərbaycan bu ildə “Doing Business” hesabatında irəliləyəcək.

 

 Zənurə Talıbova  / PR menecer   

Tel: (+994 12) 521 34 96 // Mob:(+994 50) 295 86 88                                                                                        

E-mail:[email protected] // www.iqtisadiislahat.org  

Son xəbərlər
Oxşar xəbərlər