Bu tapşırıq, daha doğrusu kiçik zəka məşqi biznes, karyera və insanlarla ünsiyyətdə sizə böyük uğurlar qazanmağa imkan verəcək. Məşq etmək üçün gün ərzində cəmi 15 dəqiqə kifayətdir. Bu tapşırığı yerinə yetirməklə beyninizin imkanlarına tamamilə başqa bucaq altından baxa biləcəksiniz.
Beləliklə, 4 ağ vərəq götürün. Birinci vərəqdə sağ əlinizlə vərdiş etdiyiniz kimi soldan sağa doğru nə isə yazın. İkinci vərəqi götürün və orada sağ əlinizlə, lakin bu dəfə əks istiqamətdə, yəni sağdan sola doğru yazın. 3 və 4-cü vərəqlərdə də eyni şeyi, lakin sol əliniz ilə təkrar edin.
Birinci vərəq – istiqamətlənməli olduğunuz cəhətlərin nümunəsidir. Həyatdakı bütün cəhdlərinizi günbəgün təkrar edin və artıq başqa cür düşünməyə başladığınızı görəcəksiniz. Bu sadə tapşırıq beynimizin gündəlik həyatımızda fəaliyyətsiz qalan hissələrini aktivləşdirir. Bu tapşırığı həll etməklə qazandıqlarınız qeyri-standart qərarlar qəbul etməyə və ən çətin vəziyyətlərdən çıxış yolu tapmağa kömək edəcək.