10 C
Baku
Wednesday, December 11, 2024

Biznes krediti – Ən sərfəli hansı banklar təqdim edir? (SİYAHI)

Biznes kreditləri  – sahibkarlar yeni biznesə başlamaq, mövcud biznesi genişləndirmək, biznesdə istifadə olunacaq avadanlıqları almaq, xammal almaq və s. məqsəd ilə verilir. Yəni vəsait yeni bir işə yatırılır ki, siz də gələcəkdə həmin işdən daha çox səmərə götürəsiniz.

Azərbaycanda isə bu növ kredit təqdim edən 26 bank vardır. Banker.az analitiklər bu dəfə ölkədə Kiçik və Orta Sahibkarlara (KOS və ya ing: SME) krediti təqdim edən bankları araşdırıb. Bir neçə bank kredit əldə etmək istəyən müştəriləri üçün öncədən bütün məlumatları (əsasən də faiz və məbləği) aydın şəkildə öz məhsul kataloqlarında qeyd etsələr də, bu növ krediti təqdim etməkdən imtina edən banklarda vardır. Məqsədimiz biznes sahiblərinin kredit ehtiyacı yarandıqda bu məqaləni analiz edib özlərinə ən optimal bir məhsulu aşkar etməkdir. Bu siyahıya mikro kreditlər aid edilmir.

Hazırkı KOS kreditləri üzrə faiz dərəcələri manat üzrə 12%-dən 25%-ə qədər dəyişə bilir.  Xarici valyuta – ABŞ dolları(USD), avro (EUR) və Rus rublunda* (RUR) faiz dərəcələri 6-14% aralığında dəyişir. Verilən kreditlər  üzrə illik faiz dərəcələri əksər hallarda müddət, məbləğ və sahibkarların biznes imkanları analiz edilərək müəyyən olunur.

Güzəşt müddəti (ing: Grace period) – güzəştli kreditləşmə müddətidir. Bunu həm də faizsiz kreditləşmə dövrü, ödənişsiz kreditləşmə dövrü də adlandırırlar. Bu müddət ərzində kredit və ya overdraft kart sahibi borc götürdüyü vəsaitlərdən pulsuz və ya daha endirimli faizlə istifadə edir, bir şərtlə ki, güzəşt müddəti başa çatdıqdan sonra istifadə edilmiş vəsait tam şəkildə geri ödənsin.


“AFB Bank” – SME (KOS) krediti (AZN,USD,EUR)
Müddət:
6-36 ay
Məbləğ:
30 000 – 250 000
İllik faiz: AZN: 17-18%, USD/EUR: 9-12%
Güzəşt müddəti: 6 ayadək
Komissiya:
1%
Təminat:
– Daşınar əmlak (Dövriyyədəki mallar, maşın, avadanlıq və qurğu, qiymətli kağız, bank hesab qalığı)
– Daşınmaz əmlak (Bakı, Sumqayıt, Abşeron, Gəncə, Qəbələ ərazisində yerləşən fərdi ev, mənzil, likvid qeyri-yaşayış sahəsi və torpaq sahəsi)
Qeyd: İllik faizlər müddətə görə dəyişir. AZN: 24 aya qədər – 17%, 36 aya qədər – 18%, USD/EUR: 12 aya qədər – 9%, 24 aya qədər – 10% və 36 aya qədər – 12%.


“AccessBank” – SME (KOS) krediti  (AZN)
Müddət:
60 ayadək
Məbləğ:
50 000 -3 000 000
İllik faiz: 15-19%
Güzəşt müddəti:
Müştərinin gəlirləri və öhdəliklərinə görə təyin olunur
Komissiya:
1%
Təminat:
Daşınmaz əmlak, nəqliyyat vasitəsi, ev əşyaları, mal, zamin və s. girov qismində çıxış edə bilər
Qeyd: Faiz dərəcəsi – məbləğdən, müddətdən, təminatdan, maliyyə vəziyyətindən, kredit tarixcəsindən asılıdır. Məsələn, məbləğ üzrə: 50 000 – 19%, 100 000 – 18%, 3 000 000 -15%


“Bank of Baku” – SME (KOS) krediti  (AZN)
Müddət:
3-48 ay
Məbləğ: 20 000 – 300 000

İllik faiz: AZN: 14-18%, USD/EUR: 7-10 %
Güzəşt müddəti:
6 ayadək
Komissiya:
0,5%
Təminat:
Daşınmaz əmlak (Bakı, Sumqayıt, və filial  şəbəkəsi olan rayon  ərazisində yerləşən fərdi ev, mənzil, likvid qeyri-yaşayış sahəsi və torpaq sahəsi)
Qeyd: İllik faizlər müddətə görə dəyişir. AZN:  6 aya qədər – 14 %, 12 aya qədər – 16%, 24 aya qədər – 17%, 36 aya qədər – 18%,  48 aya qədər – 20% 


Amrahbank – SME (KOS) kreditlər (AZN,USD)
Müddət:
48 ayadək
Məbləğ:
20 000- 1 000 000
İllik faiz: AZN: 18 – 22 %, USD: 10-15%
Güzəşt müddəti:
12 ayadək
Komissiya:
1%
Təminat:
Daşınmaz əmlak (ev, mənzil, qeyri-yaşayış sahəsi, torpaq), nəqliyyat vasitəsi, 3-cü şəxslərin zaminliyi
Qeyd: Müddət və məbləğə görə müəyyən olunur.


“Ata Bank” – Biznes krediti (AZN)
Müddət:
48 ayadək
Məbləğ:
50 000-dək
İllik faiz: 20%-dən başlayaraq
Güzəşt müddəti:
Müştəridən aslı olaraq tətbiq edilə bilər
Komissiya:
1%
Təminat:
Daşınmaz əmlak
Qeyd: Fərdi qaydada müəyyən edilir.


“Azərbaycan Beynəlxalq Bankı”  – SME (Kos Krediti) (AZN,USD,EUR)
Müddət:
84 ayadək
Məbləğ:
50 000 – 5 000 000
İllik faiz: AZN: 14%-dən başlayaraq, USD/EUR: 7%-dən başlayaraq
Güzəşt müddəti: Yoxdur
Komissiya:
0,5% – fərdi qaydada müəyyən olunur
Təminat:
Daşınmaz əmlak; Daşınar əmlak; Qiymətli kağızlar; Yüksək səviyyəli müəssisələrin və təşkilatların zəmanətləri
Qeyd: Fərdi qaydada müəyyən edilir.


“Bank Avrasiya” – Biznes krediti (AZN,USD)
Müddət:
36 ayadək
Məbləğ:
200 000-dək
İllik faiz: AZN: 18%, USD: 8%
Güzəşt müddəti:
məbləğin 1/2
Komissiya:
1%
Təminat:
Daşınmaz əmlak


Bank BTB – SME (KOS) krediti (AZN,USD)
Müddət:
3-36 ay
Məbləğ:
1 000 000-dək
İllik faiz: AZN: 16%-dən başlayaraq, USD: 7%
Güzəşt müddəti:
Komissiya:
min. 0.5%
Təminat:
Daşınmaz əmlak
Qeyd: Gəlir və xərclər, öhdəliklər bütünlükdə təhlil edilir ondan sonra faiz dərəcələri müəyyən olunur.


“Bank VTB (Azərbaycan) – Dövriyyə krediti (AZN,RUB)
Müddət:
36 ayadək
Məbləğ:
500 000-dək 
İllik faiz: AZN/RUB: 14,5%-dən başlayaraq
Güzəşt müddəti:
6 ayadək
Komissiya:
1%
Təminat:
daşınmaz əmlak, bankın vekselləri; fiziki və hüquqi şəxslərin/fərdi sahibkarların bankdakı əmanətləri.
Qeyd: Krediti götürən şəxs analiz edilir, faizlər ona görə müəyyən olunur.


“Expressbank – SME (KOS) Krediti (AZN,USD)
Müddət:
60 ayadək
Məbləğ:
50 000 – 5 000 000
İllik faiz: AZN: 14%-dən başlayaraq, USD: 6%-dən başlayaraq
Güzəşt müddəti:
Komissiya:
1%
Təminat: 
Daşınmaz əmlak
Qeyd: Gəlir və xərclər, öhdəliklər bütünlükdə təhlil edilir ondan sonra faiz dərəcələri müəyyən olunur.


“Naxçıvanbank” – SME (KOS) Krediti (AZN)
Müddət:
36 ayadək
Məbləğ:
1000 – 500 000
İllik faiz: 15%
Güzəşt müddəti:  3 aydan 6 aya qədər
Komissiya:
0,9%
Təminat:
Daşınmaz əmlak  
Qeyd: Dövriyyə əsasında verilən  Biznes kreditləri təminatsızdır.


“NBC Bank” – Bu növdə iki kredir məhsulu təqdim edir
1. Kiçik biznes krediti Kiçik biznes krediti (AZN)
Müddət:
36 ayadək
Məbləğ:
İllik faiz:
Girovsuz: 24-25%, Girovlu: 22-23%
Güzəşt müddəti:
Komissiya:
Girovsuz:  2%, Girovlu: 1,5%
Təminat: Daşınmaz əmlak
Qeyd:
Baş ofisdə verilir. Faizlər müddətə görə hesablanır; 18 ayadək 24%, 36 ayadək 25%-dir.

2. Orta biznes krediti Kiçik biznes krediti (AZN)

Müddət: 60 ayadək
Məbləğ:
100 001-500 000
İllik faiz: 18-22%
Güzəşt müddəti:
Komissiya:
1%
Təminat: 
Daşınmaz əmlak
Qeyd: Baş ofisdə verilir. Faizlər müddətə görə hesablanır; 12 ayadək 18%, 24 ayadək 19%, 36 ayadək 20%, 48 ayadək 21% və 60 ayadək 22%-dir.


“NIKOIL Bank”– Biznes krediti (AZN,USD)
Müddət:
60 ayadək
Məbləğ:
30 001 – 1 000 000
İllik faiz: AZN: 12%-dan başlayaraq, USD: 4%-dən başlayaraq
Güzəşt müddəti: Fərdi qaydada yanaşılır
Komissiya:
0-0,5%
Təminat:
Daşınar və daşınmaz əmlak, məişət avadanlığı, qızıl, biznes avadanlığı, zaminlik
Qeyd: İllik faiz dərəcələri müddətə, məbləğə və ya şəxsin gəlirlərinə görə formalaşdırılır.


“Kapital Bank” – SME (KOS) Krediti (AZN,USD)
Müddət:
36 ayadək
Məbləğ:
5,000,000
İllik faiz:
AZN: 12%-dən başlayaraq USD: 6%-dən başlayaraq
Güzəşt müddəti: 12 ayadək
Komissiya:
1%
Təminat:
– Daşınar əmlak (Dövriyyədəki mallar, maşın, avadanlıq və qurğu, qiymətli kağız, bank hesab qalığı)
– Daşınmaz əmlak (Bakı, Sumqayıt, Abşeron, Gəncə ve gence etrafi rayonlarin ərazisində yerləşən fərdi ev, mənzil, likvid qeyri-yaşayış sahəsi və torpaq sahəsi)
– Teminatsiz (zaminlik)
Qeyd: Müddət, məbləğ və şəxsin maliyyə mənbələrinə görə müəyyən olunur.


“Rabitəbank” – İxracatçı krediti (AZN,USD)
Müddət:
36 ayadək
Məbləğ:
30 000-dən başlayaraq
İllik faiz:
AZN: 13,9-17,9%. USD: 4,9-7,9%
Güzəşt müddəti: 6 ayadək.
Komissiya: 0,5-1%
Təminat:
Daşınmaz əmlak. AZN: Kreditləri üzrə girovun likvid dəyətinin  maksimum 90%-i həcmində, USD: Kreditləri üzrə  girovun likvid dəyətinin maksimum 80%-i həcmində.
Qeyd: İllik faiz dərəcəsi müddət və məbləğlı müəyyən olunur. 24 ayadək: manatda, 50 minə – 17.9%, 100 minə – 15,9%, 500 minə qədər 14,9%, yuxarı 13,9%; ABŞ dollarında: 50 minə -7.9%, 100 minə – 6,9%, 500 minə qədər 5,9%, yuxarı 4,9%. 36 aya qədərdə hər birində ( 24 aya qədərdəkinin ütünə) 1% bəndi artır.


“TuranBank” – Kiçik və orta ölçülü ticarət, istehsalat, xidmət, kənd təsərrüfatı və sair sahələr üzrə sahibkarlıq fəaliyyəti göstərən vətəndaşlara  (AZN,USD)
Müddət:
 48 ay
Məbləğ: 500 – 100 000
İllik faiz: AZN/USD:14%-dan başlayaraq
Güzəşt müddəti: yoxdur
Komissiya: 1%
Təminat: Daşınar əmlak, Daşınmaz əmlak, Zaminlik, Rəsmi iş yeri olana zaminsiz də verilir.
Qeyd: İllik faizlər müddətə və məbləğə görə dəyişir. AZN/USD: 3-18 aya qədər – 18%, 19-24 aya qədər – 20%, 5000 -10000 AZN 3-24 ay – 18%, 10000 – 100000 AZN 3-18 aylıq 14%


“Unibank” – SME (KOS) Krediti (AZN,USD)
Müddət:
48 ayadək
Məbləğ:
15 000 – 1 000 000
İllik faiz:
AZN%: 13-dən başlayaraq , USD: 6%-dan başlayaraq
Güzəşt müddəti: 6 ayadək
Komissiya:
50 min manatadək 0%, 50 min manatdan yuxarı 1%
Təminat:
– Daşınmaz əmlak (Bakı, Sumqayıt, Abşeron, Gəncə, Qəbələ ərazisində yerləşən fərdi ev, mənzil, likvid qeyri-yaşayış sahəsi və torpaq sahəsi)
– Daşınar əmlak (Dövriyyədəki mallar, maşın, avadanlıq və qurğu, qiymətli kağız, bank hesab qalığı)
Qeyd: İllik faizlər müddət ,müştərinin dövriyyəsi ,fəaliyyət sahəsinə görə dəyişir.


“Xalq Bank” – SME (KOS) Krediti (AZN)
Müddət:
60 ayadək
Məbləğ:
2 000 – 500 000
İllik faiz:
12-19%
Güzəşt müddəti: 12 ayadək
Komissiya:
0,1%
Təminat:
Zaminlik, daşınar əmlakın girovu, daşınmaz əmlakın girovu
Qeyd: İllik faizlər vəsaitin məbləğinə və təminata görə dəyişir.
-Zaminli:24 ayadək, 10 min manatadək;
– Girovlu daşınmaz ə.: 48 ayadək
-Girovlu daşınar ə.: 60 ayadək

876785

Son xəbərlər
Digər xəbərlər