6 C
Baku
Sunday, December 15, 2024

Biznes kreditləri üzrə mütəxəssis – NBCbank

Biznes kreditləri üzrə mütəxəssis 
İş barədə məlumat
  • Bankın kredit məhsulları barədə müştərinin məlumatlandırılması.
  • Hüquqi və fiziki şəxslərin kredit müraciətlərinin qəbulu, təhlili və sənədləşdirilməsi
  • Müraciətlərin Bankın kredit komitəsinə çıxarılması və müdafiəsi
  • Müştərilərlə kredit, girov və digər müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi
  • Banka perspektiv müştərilərin cəlb edilməsi, keyfiyyətli kredit portfelinin formalaşdırılması
  • Kredit və girovların monitorinqinin həyata keçirilməsi.
  • İş qrafiki (I-V 09:00-dan 17:00-dək, VI 10:00-dan 15:00-dək)
Namizədə tələblər
  • Yaş: 25 – 35
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Ali təhsil (iqtisadiyyat sahəsi üzrə)
  • Bank sektorunda Biznes krediti mütəxəssisi kimi ən azı 1 illik iş təcrübəsi
  • Kredit verilməsi barədə nəzəri və praktiki bilgilərə malik olma
  • İnsanlarla ünsiyyət qurma bacarığı.
  • Hesabatların hazırlanması, dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma.
  • Analitik qabiliyyət.
  • Azərbaycan və rus dillərində səlist danışıq bacarığı.
  • MS Office proqramlarında işləmə bacarığı

Maraqlanan namizədlər öz CV-lərini mövzu qismində “Biznes kreditləri üzrə mütəxəssis  qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Son xəbərlər
Digər xəbərlər