23 C
Baku
Friday, April 26, 2024

Biznes kreditlərinin yenidən maliyyələşdirilməsi

Sahibkar borcalanların əksəriyyəti zamanla götürdükləri kredit öhdəliyinin öhdəsindən gələ bilmədiklərini anlayırlar. Vəziyyət belə olduqda isə daha sərfəli kreditləşmə üsullarını axtarmaq lazım gəlir. 

Biznes-kreditlərinin yenidən maliyyələşməsi bir çox hallarda istehlak kreditlərini xatırladır. Kreditin yenidən maliyyələşməsinə ərizə ilə çıxış edən şirkət bankın ofisinin yerləşdiyi regionda qeydiyyatdan keçmiş olmalıdır. Minimum 2 il ərzində fəal fəaliyyət də vacib şərtlərdən biridir.

Bu zaman banklara qərar verməkdə kömək edən cəhət borcalanın nə dərəcədə etibarlı müştəri olmasıdır. Bəzi banklar heç deyilsə bir il kredit ödənilməsini tələb edirlər. Bununla onlar ilk dəfə kredit götürən borcalanlarla bağlı riskləri azaltmağa cəhd edirlər.

Yenidən maliyyəşəcək olan biznes-kreditin həcminə təsir edən amil müəssisənin illik gəliridir. Sözügedən bu göstəricinin dinamikası stabil olmalıdır. Gəlirin həcmi isə kredit öhdəliyini ödəyəməyə kifayət edəcək qədər olmalıdır. Banklar bir çox hallarda fəaliyyəti mövsümi xarakter daşıyan sahibkarlara güzəştə getməyə razı olurlar. Belə borcalanlar üçün kreditin ödənilməsi üçün xüsusi qrafik tərtib edilir.

Bir çox müəssisələr üçün yenidən maliyyələşmə kredit yükünü azaltmaq və biznesin inkişafı üçün sərf edilən vəsaitlərin bir hissəsindən azad olmaq üçün əla şansdır. Yenidən maliyyələşmiş biznes kreditlərinin ödənmə zamanı fərdi olaraq təyin edilir. Lakin buna baxmayaraq 10 ildən artıq olmur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər