10 C
Baku
Saturday, November 23, 2024

Biznes-məktəb məzunlarına bir neçə məsləhət

Siz MBA-i bitirmisiniz? Təcrübənizi daha yaxşı şəkildə harada və necə tətbiq etməyi fikirləşirsiniz? Bu haqda kimə və hansı tərzdə demək lazımdır? Bu informasiyanı necə çatdırmaq lazımdır ki, lovğa, cəsarətli və ya təkəbbürlü görünməyəsən? Işə düzəlmə sahəsi üzrə mütəxəssislərin biznes-məktəb məzunlarına verdiyi tövsiyələri diqqətinizə çatdırırıq.

Chicago Booth Business School-un karyera məsələləri üzrə direktoru Yuliya Zupko bildirir ki, işə düzəlmə zamanı müsahibədə  MBA ilə bağlı təcrübənizi qeyd etməyiniz xüsusilə vacibdir. MBA müxtəlif mövqelərdən yanaşma bacarığı qazandırır, buna görə də təcrübədən başlamaq lazımdır, daha sonra MBA gəlməlidir. İşdə MBA bacarıqlarınızı effektiv istifadə edə biləcəyiniz real nümunələr göstərməlisiniz.

İşə qəbul üçün ərizə

Harvey Nash-in direktoru Nigel Parslov qeyd edir ki, CV-də ilk öncə onillik təcrübənizi deyil, MBA üzrə təhsil aldığınızı qeyd edin. Eləcə də, məhz hansı məktəbi bitirdiyinizi də göstərin.

Əməl etməli olduğunuz hansı isə əsas punktlar varmı?

Heç də bütün MBA proqramları eyni deyil. Reytinqə daxil olan biznes-məktəblərin özünəməxsus nüfuzu vardır, buna görə də hansında təhsil aldığınızı qeyd etməyiniz vacibdir. Əgər sizi maliyyələşdirən olub və ya təhsil alarkən işləmisinizsə, bu haqda məlumat verin, belə ki bu tip xırdalıqlar sizin xeyrinizə işləyə bilər.

Bəs MBA-a həqarətlə yanaşan insanlarla necə davranmaq lazımdır?

Bir çox insanlar, xüsusən də yaşlı və ya sahibkarlar MBA-a laqeyd münasibət bəsləyir, onlar inanır ki, parta arxasında oturaraq biznes vərdişlərinə yiyələnmək olmaz. Onlara başa salmağa çalışın ki, sizin işiniz əvvəllər də yaxşı gedirdi, sadəcə öz biliklərinizi artırmaq və biznes təşkilinin yeni metodlarını öyrənmək istədiniz. Əlavə olaraq MBA-in uğurun təminatı olmasa da, köməyi edəcəyiniə inandığınızı bildirə bilərsiniz.

Vizit kartında MBA-i qeyd etmək lazımdırmı?

Çətin sualdır. Yuliya Zupko bildirir ki, bunu qeyd etməyə dəyməz, çünki bu həddindən artıq pafoslu və qeyri-professional görünə bilər.
Lakin digər mütəxəssislər qeyd edirlər ki, əgər MBA dərəcəsi sizin auditoriyaya aiddirsə, onda üç əlavə hərfin heç bir maneçiliyi yoxdur. Əlbəttə, bu zaman ehtiyatlı olmaqda fayda var, belə ki sizin adınız MBA sözündən daha az gözə çarpan olmamalıdır.

Son xəbərlər
Digər xəbərlər