17 C
Baku
Sunday, May 5, 2024

Biznes məktəblərin liderləri XXI əsrin tələblərinə cavab verirmi?

Keçən ilin noyabrında dünyanın beş aparıcı biznes məktəblərinin ittifaqı olan McKinsey Global Institute (MGI)-un nümayəndəsi Erik Labaer biznesin və cəmiyyətin inkişafına həsr olunmuş Şuranın illik forumunda çıxış etdi.

XXI əsr biznesinin problemləri və imkanlarına həsr olunmuş çıxışında o hər bir təşkilatın mütləq üzləşdiyi beş əngəli müəyyən etdi. Bunlar aşağıdakılardır:

1. Artım mənbələri.

Potensial bazarın seçilməsi ilk növbədə artıma təsir edən vacib strateji qərardır. İmkanlar çoxdur, lakin yalnızca biznes məktəblərin rəhbərləri qarşıya qoyulmuş planı yerinə yetirmək üçün hansı imkanlardan istifadə etməyə qərar verirlər.

Son illər bir çox inkişaf edən bazarların ani artımını görən biznes məktəbləri onlardan mümkün qədər çoxunu əldə etməyə çalışırlar. Onların bu arzuları getdikcə qarşısıalınmaz tamaha çevrilir. Lakin, bir çox uğursuz nəticələri nəzərə alaraq, bu məktəblər həm yeni bazarlara, həm də yeni məhsullara daha diqqətli yanaşırlar. Misal olaraq, pre-experience formatında iş təcrübəsi olmayan universitet məzunları üçün hazırlanmış magistr proqramlarını göstərək. Heç olmasa, hazırda “selektiv hədəfləmə” spontan yanaşmaya qalib gəlir. Qiymət: 7/10

2. Novatorlar üçün yeni imkanlar.

İnkişaf edən bazarlarda rəqabət aparmaq üçün innovasiyalı üsul lazımdır. Lakin innovasiyalar hər zaman eyni mövqedə qalmır. Biznes yerli bazarların təcrübəsini qəbul etməli və müvafiq olaraq ya buna uyğunlaşmalı, ya da yeni texnologiyalar ilə müxtəlif biznes modellərini istifadə etməlidirlər.

Praktiki olaraq planetdə hər bir məktəbdə sahibkarlığın inkişafına həsr olunmuş kurs yaxud fakültə var. Biznes məktəblərinin elm və texnika sahəsi ilə effektiv əməkdaşlığı yeni nəslə real kommersiya haqqında məlumat verməyə kömək edir. Bunun üçün kütlə üçün açıq online kurslar mövcuddur ki, bunlar da online təlimin yüksək mərhələsini təşkil edir. Bəs biznes məktəbləri əvvəlkinə nisbətən böyük auditoriyaları biznes təlimə uyğunlaşdıra biləcəkmi? Qiymət: 6/10

3. Məlumatlardan düzgün istifadə.

Şəbəkəyə daxil olan məlumatların sayı çox tez artır və bu da maliyyə sahəsində səmərəlilik yaradır. Şirkətlər bu məlumatları öz maraq dairələrində istifadə etmək istəyirlər, lakin bunun üçün ixtisaslı və təcrübəli insanlar lazımdır.

Biznes məktəblər tez-tez bu cür informasiyalardan potensial tələbələrin axtarılmasında istifadə edirlər. Lakin onları xarici dünyadan daha ambisiyalı və təcrübəli olanlarla müqayisə etsək, deyə bilərik ki, onlar hələ yolun başlanğıc hissəsindədirlər. Beləliklə, pis deyil, lkain bundan da yaxşı ola bilərdi. Qiymət: 6/10.

4. Resursların təsirliliyinin artırılması.

Resursların getdikcə bahalaşması və məhdudlaşması səbəbindən resurslarla işləyən şirkətlər bu resurslardan daha effektiv istifadənin yollarını tapmalıdırlar.

Məktəblər ekoloji cəhətdən təmiz binalar tikirlər, lakin bunlar real əhəmiyyəti əks etdirmir. Əslində bununla onlar, praktiki olaraq bütün proqramların özünütəminetmə imkanlarının inkişafının vacibliyini inteqrasiya edirdilər. Qiymət: 7/10.

5. Dünya şöhrətli adla şirkətə rəhbərlik etmək.

Qlobal təşkilatların rəhbərləri yaxşı mütəxəssislərin dəvət olunması, birgə mədəniyyətin yaradılması, həmçinin daxili funksiyaların effektiv yerinə yetirilməsi və xarici səhmdarlarla işə rəhbərlik etmək kimi məcburiyyətlərə sahibdirlər.

Əslində biznes-məktəblərdən fərqli beynəlxalq yönümlü biznes tapmaq daha çətindir. Demək olar ki, müəllimlər, tələbələr, əməkdaşlar dünyanın hər bir yerindən gəlirlər. Məktəblər insanların fiziki olaraq aid olduqları məkanın heç bir məna kəsb etmədiyi ideyasına əsaslanaraq, getdikcə milli mənsubiyyətin istənilən formasından uzaqlaşırlar. Onlar həmçinin işə qlobal proqramları təşviq edərək regional mütəxəssislər ilə uğurlu əməkdaşlıq əlaqələri qururlar. Qiymət: 9/10.

Ümumi qiymətləndirmə: 35/50. Belə ki, səy göstərmək üçün səbəblər var. Amma yəqin ki, hətta McKinsey-də biznes sahəsini qısa müddət ərzində belə nailiyyətlərə sahib olması səbəbindən tərifləmişdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər