11 C
Baku
Tuesday, April 15, 2025

Biznes mərkəzini idarə edən “Çinar Park”ın dövlətə 1 milyondan çox vergi borcu var

“Çinar Park” QSC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Çinar Park” QSC-nin vergi borcu 1 051 005.85 manatdır. Bu vergi borcu 13.04.2025-ci il tarixinə olan məlumatdır.

2006-cı ildə dövlət qeydiyyatına alınmış  “Çinar Park” QSC-nin nizamnamə kapitalı 4 325 398 manatdır. Şirkətin qanuni təmsilçisi Gülməmmədli Ülvi Rüfət oğludur. Şirkətin hüquqi ünvanı, Bakı, Nərimanov rayonu, Ziya Bünyadov, ev 1965-ci məhəllədir.

“Çinar Park” QSC “Çinar Park Biznes Mərkəzi”ni idarə edir.

Son xəbərlər
Digər xəbərlər