6 C
Baku
Sunday, December 15, 2024

Biznes nəzəriyyəsi

Harvard Business Review-da verilən məqalələrin birində Peter Drucker iddia edir ki, hər  bir (biznes) böhranın əsas, başlıca səbəbi heç də o deyil ki, işlər çox pis görülür. Bu səbəb heç də yanlış işlər görülməsi ilə də bağlı deyil. Əksində, əksər hallarda, düzgün işlər görülür, lakin səmərəsiz şəkildə. 

 Onun, biznes liderlərinin nəyə görə işlərində müvəffəqiyyətsizlik ilə üzləşməsi ilə bağlı gətirdiyi izahatda deyilir ki, günah Biznes Nəzəriyyələrində olur – bir vaxt məhz bu təməl əsasında biznes qurulub, o, həm təşkilatı davranışın cizgilərini müəyyən edir, həm də hansı qərarları qəbul etməyin lazım olduğunu diktə edir və ən vacibi bugünkü reallıq ilə artıq, o qədər də səsləşməyən nəticələrə ümid bəsləyir.

Qısa şəkildə desək onlar öz yollarını itiriblər.

Bir sıra müəssislərdə eyni bir problem yaşanır. Bazar gerçəkliyi dəyişdikcə, onların rəqiblərinin də sayı və ünvanı dəyişir, bu rəqabət mühitində tab gətirmək və ondan üstün çıxmaq getdikcə onlara daha çətin görünür.

Biznes Nəzəriyyəsinin ən vacib məsələləri bir-bir ilə bağlı olan bu üç başlıca kateqoriya ətrafında dövr edir : gerçəklik, biznes fokusu və təşkilat bacarığı).
Növbəti müddəaları yadda saxlayın və siz onda həmişə öz Biznes Nəzəriyyənizi  həm bu günlə, həm də sabahla səsləşən və əhəmiyyətli edə biləcəksiniz.

  •   Gerçəklik bazar məkanı ilə müəyyən olunur və o ürəyi istəyən istiqamətə gedə bilər. Uğurlu müəssislər bu dəyişiklikləri araşdırır, təhlil edir və bu gün müştərinin nəyə görə pul ödəməyə hazır olduğunu və çox güman ki, gələcəkdə nə istəyəcəyini və nəyə görə pul ödəməyə hazır olacağını dərk etməyə, öyrənməyə çalışırlar.
  •    Fokus  o zaman əldə edilmiş  olur ki, təşkilat gerçəklik ilə ayaqlaşa bilir , yəni özünü onunla bir sırada tutmağa müyəssər olur. Çox az müəssislərə kifayət qədər gücə malikdir ki, reallığa özü bu gerçəkliyə təsir etsin və onu formalaşdırsın. Buna görə də, əgər onlar yenə də müvəffəqiyyətli qalmaq istəyirlər isə, bazardakı dəyişikliklərə xüsusi diqqət yönəldirlər (yəni müştəri nəyə görə pul ödəmək istəyir) və öz bizneslərini məhz bu ehtiyacları ödəməyə istiqamətləndirirlər.
  •     Tələb olunan dəyişikliklərdən xəbər tutandan sonra, təşkilat uzun müddət ərzində inkişaf edə bilmək və çiçəklənmək üçün tələb olunan bilik və bacarıqları müəyyən etməli və onları təkmilləşdirməlidir.

Həmçinin də xatırlayın ki, təşkilatlar davamlı olaraq, öz  Biznes Nəzəriyyələrinə yenidən baxış keçirməlidir. Biznes heç zaman statik və hərəkətsiz qala bilməz.
Konkret anlar var ki, bu zaman təşkilat üçün ehtiyatlı davranmaq həyati əhəmiyyət daşıyır :bu başlanğıc -yaranma mərhələsi; sürətli dəyişiklik mərhələsi – siz, sizin müştərilər və ya rəqibləriniz gözlənilmədən uğursuzluq və ya müvəffəqiyyət yaşayırlar; siz cari məqsəd və hədəflərinə nail olmağa çox yaxın olanda.

Son xəbərlər
Digər xəbərlər