10 C
Baku
Thursday, December 12, 2024

Biznes planda yol verilən 10 ən məşhur səhv

Biznes kreditləri götürən zaman  bəzən isə ümumiyyətlə təşkilatın biznes planını hazırlayan zaman biznes planın hazırlanması tələb olunur. Çox müştərilər bu planı hazırlayan zaman standart səhvlərə yol verirlər. Aşağıda bu səhvlərdən ən çox rast gəlinənlər qeyd olunub. 

 1. Məqsədin izah olunmasında yanlışlıq: Planlama həqiqətən də əhəmiyyətlidir, bu sadəcə kağız üstündə qalan sənəd deyil. Siz biznesə planlama ilə başlayırsınız, çünki sonradan planlama idarəetməyə çevrilir. Planlama hədəflər təyin etmə və inkişaf üçün xüsusi tədbirlər təsis etmə prosesidir, sonra bu inkişafı izləyir və ona müəyyən məqamlarda istiqamət düzəlişləri ilə müşayiət edirsiniz. Plan özlüyündə artıq bir addımdır: o tez-tez yenidən baxılır və nəzərdən keçirilir. Mütləq vacib olmayana qədər onu hətta çap etməyə də tələsməyin. Bunun əvəzində onu elektron formada rəqəmsal qurğuda saxlayın.

2. Bir nəfəsə etmək; biznes planı hissə-hissə və addım-addım edin. Plan bir-biri ilə əlaqəli olan modullar şəbəkəsidir və bir növ binanın sütunlarına oxşayır. Nədənsə başlayın və getdikcə tam gücünüzlə işə girişin. Ilk növbədə işin sizi ən çox maraqlandıran hissəsini, ya da dərhal gəlir gətirə bilən hissəsini edin. Bu strategiya, konseptlər, hədəf bazarları, biznes təklifləri, proyektlər, lozunq, fəaliyyət proqramı, istənilən bir şey ola bilər, sadəcə başlamaq lazımdır. .

3. Planı başa çatdırmaq. Əgər sizin plan həyata keçirilibsə, demək biznesiniz artıq qurulub.
Hətta ən son versiya belə, bir vaxtlar yazılmış planın qısa xarakteristikasıdır.  O, həmişə canlı olmalı, baş verən dəyişikliklərə reaksiya verməli və uyğunlaşma qabiliyyətinə malik olmalıdır.

4. Öz planını komandadan gizlətmək. Bu menecment alətidir. Komandanın hər bir üzvü ilə paylaşacağın məsələlər ilə bağlı ağıllı ol, sağlam düşüncədən yaralan, çünki bəzi nüanslar, o cümlədən fərdlərin məvacibləri məxfi saxlanmalıdır. Lakin sən məqsədləri və onlara nail olmaq üçün tədbirlər planını işçilər ilə paylaşmalısın ki, onlarda komanda ruhunu və qarşılıqlı-əməkdaşlıq hissini gücləndirə biləsən. bu o mənaya gəlmir ki, sən planı kənar şəxslər ilə də paylaşmalısan, yeganə istisna hal kapital cəlb etmək üçün axtarışa çıxmaqdır.

5. Nağd pulu gəlirlər ilə qarışdırmaq. Bu ikisi arasında həddindən böyük bir fərq var. Müştərilərin ödəməsini gözləmək sizin maliyyə vəziyyətinizi zədələsə də, gəlirlərinizə  mənfi təsirsiz ötüşə də bilər. İnventarlar almaq sizin gəlirlərə heç bir təsir göstərmədən pullarınızı sovura bilər. Gəlir mühasibat anlayışıdır; nağd isə bankda olan puldur. Siz öz hesablarınızı gəlir ilə ödəmirsiniz.

 6. Saysız-hesabsız prioritetlər. Üç ya dörd prioritetə hesablanmış plan güclü və məqsədyönlü plandır. Insanlar üç ya dörd başlıca nüansı anlaya bilər. 20-dən artıq prioritet  siyahısı olan planda, demək ki,  ümumiyyətlə prioritetdən söhbət gedə bilməz.

7. Biznes ideyasını olduğundan yüksək qiymətləndirmək. İdeyaya dəyər verən heç də ideyanın özü deyil,  həmin ideya üzərində qurulan biznesdir. Məhz bu qüvvə hər gün işçilərə əl-üzünü yuyub işə gəlməsinə, telefon zənglərinin cavablanmasına, məhsulların istehsal olunub, düzlənib, göndərilməsinə, xidmətlərin göstərilməsinə və müştəriləri öz hesablarını ödəməsinə səbəb olur, ideyanı biznesə çevirir. Ya həmin dahi ideyanın böyük bir biznes kimi qurulduğunu göstərən bir biznes planı yazın, ya da o ideyanı ümumiyyətlə unudun. İdeya təklikdə biznes üçün elə də böyük bir iş deyil.

8. İlk on iki ay ərzindəki detallara biganə yanaşma. Detallar deyəndə, mən sizin maliyyə, başlıca öhdəliklər və proyektin bitmə müddətini nəzərdə tuturam. Nağd pul axını çox vacibdir, lakin siz həm də insanlara tapşırıqlar həvalə etmək, günlər təyin etmək, nəyin baş verməsi və bunun baş verməsi üçün kimin məsuliyyət daşıması kimi xırdalıqları da müəyyən etməlisiniz. Bu detallar həqiqətən mühümdür, onlarsız təşkil olunmuş biznes plan heç nəyə yaramaz.

9. Sonrakı illər üçün detallara hədsiz vaxt axıtmaq.  Bu planlamaya aiddir, mühasibata yox. Aylıq detallar başlanğıcda nə qədər vacibdirsə, sonradan bir o qədər vaxt itkisinə çevrilir. Siz aylıq pul axını üç il öncədən necə planlaşdıra bilərsiniz, axı sizin satış proqnozlarınız hələ də çox qeyri müəyyəndir? Təbii ki, siz 10, hətta 20 il bundan sonranın da əsas konseptual məsələlərini planlaşdıra bilərsiniz, lakin siz öncədən hətta bir ilin də aylıq detallarını planlaşdıra bilməzsiniz. Heç kəs bunu gözləmir, nə də heç kəs buna inanmır.

10. Absurd öncəgörmələr etmək.  Heç kəs xokkey çubuqlarının üzrə satışı üzrə rekord nəticə əldə etmək kimi absurd fikrə inanmaz. Adətən gəlirlərin həddindən artıq yüksək olması haqqında təəssüratlar insanlarda belə fikir yarada bilər ki, sizin ümumiyyətlə xərclər haqqında real təsəvvürünüz yoxdur.

Son xəbərlər
Digər xəbərlər