20 C
Baku
Wednesday, April 24, 2024

Biznes-planlaşdırmada inflyasiyanın nəzərə alınması

Biznes-planlaşdırmada daima vaxt ötdükcə dövriyyədə olan pul vəsaitlərinin dəyərdən düşməsinə səbəb olan inflyasiya amili ilə qarşılaşmaq lazım gəlir.

İnflyasiya müəssisənin fəaliyyətinin bir çox aspektlərində özünü göstərir. İnflyasiya prosesində müəssisə tərəfindən istifadə olunan ayrı-ayrı material aktivlərin (əsas vəsaitlər, mal-material dəyərləri və s.) dəyərlərinin nisbi azaldılması; pul və digər maliyyə aktivlərinin (debitor borclar, bölünməmiş gəlir, maliyyə sərmayəsi alətləri və s.) real dəyərinin azalması; gəlir məbləğinin süni artmasına və bununla da ondan vergitutulmalarının artmasına gətirib çıxaran məhsulun maya dəyərinin azaldılması, müəssisənin gözlənilən gəlirlərinin real səviyyəsinin enməsi və s. baş verir. İnflyasiya amili müəssisənin uzunmüddətli maliyyə əməliyyatlarının aparılmasında özünü daha güclü göstərir. Biznes-planlaşdırmada inflyasiyanın nəzərə alınma konsepsiyası onun aktivlərinin və pul axınlarının dəyərinin real əks olunması, eləcə də müxtəlif maliyyə əməliyyatlarının həyata keçirilməsi zamanı inflyasiya prosesləri nəticəsində gəlir itkisinin əvəzinin verilməsindən ibarətdir.

Ölkədə inflyasiya proseslərinin intensivliyinin qiymətləndirilməsi üçün maliyyə hesablamalarında inflyasiya amilini nəzərə alan iki əsas göstəricidən: inflyasiya tempi və inflyasiya indeksindən istifadə olunur:

İnflyasiya tempi müəyyən dövrdə pulların qiymətdən düşməsini (alıcılıq qabiliyyətinin enməsi) əks etdirən göstəricini xarakterizə edir, bu göstərici isə qiymətlərin orta səviyyəsinin dövrün əvvəlinə onların nominalına nisbətən faizlərdə artması ilə ifadə olunur.

İnflyasiya indeksi nəzərdən keçirilən dövrdə qiymət səviyyəsinin ümumi inkişafını əks etdirən göstəricini xarakterizə edir, bu göstərici onların dövrün əvvəlinə (vahid kimi qəbul edilən) baza səbviyyəsinin və həmin dövrdə inflyasiya tempinin (onluq kəsrlə ifadə olunmuş)cəmi ilə müəyyən edilir.

İnflyasiya amilini nəzərə almaqla pul dəyərlərinin düzəlişləri ilə bağlı hesablamalarda iki anlayışdan istifadə edilir: pul vəsaitlərinin nominal və real məbləği.

Pul vəsaitlərinin nominal məbləği pul aktivlərinin pulların həmin dövrdə alıcılıq dəyəri nəzərə alınmadan müvafiq pul vahidlərində ölçülərinin qiymətləndirilməsini əks etdirir.

Pul vəsaitlərinin real məbləği pul aktivlərinin pulların həmin dövrdə inflyasiya sayəsində alıcılıq dəyərinin dəyişmələri nəzərə alınaraq ölçülərinin qiymətləndirilməsini əks etdirir.

Pul vəsaitlərinin bu məbləğlərinin pul dəyərlərinin çoxaltma və diskont etmə proseslərində hesablanması üçün müvafiq olaraq nominal və real faiz dərəcəsindən istifadə olunur:

Nominal faiz dərəcəsi inflyasiya ilə əlaqədar pulların alıcılıq qabiliyyətinin dəyişməsi nəzərə alınmadan təyin olunan faiz dərəcəsini(və ya inflyasion tərkib hissəsi eliminasiya olunmamış ümumi faiz dərəcəsi) xarakterizə edir.
Real faiz dərəcəsi nəzərdən keçirilən dövrdə alıcılıq dəyərinin dəyişmələri nəzərə alınaraq təyin olunan faiz dərəcəsini xarakterizə edir.

Nəzərdən keçirilən əsas anlayışlar biznes-planlaşdırmada inflyasiya amilini nəzərə almağa imkan verən konkret metodik alətlər kompleksini formalaşdırır.

I. İnflyasiyanın illik tempi və indeksinin proqnozlaşdırılmasının alətlər kompleksi onun gözlənilən orta aylıq templərinə əsaslanır. Belə informasiyanı ölkədə nəşr olunan gələcək dövr üçün iqtisadi və sosial inkişaf proqnozlarında tapmaq mümkündür. Proqnozlaşdırmanın nəticələri müəssisənin gələcək fəaliyyətində inflyasiya amilinin nəzərə alınması üçün əsas rolunu oynayır.

1. İnflyasiyanın illik tempinin proqnozlaşdırılması zamanı aşağıdakı düsturdan istifadə olunur:

Tİi= (1+Tİa)12-1,

Burada, Tii — inflyasiyanın proqnozlaşdırılan və onluq kəsrlə ifadə olunan illik tempi, Tİa —qarşıdakı dövrdə inflyasiyanın gözlənilən və onluq kəsrlə ifadə olunan orta aylıq tempidir.

Misal 1.Ölkənin iqtisadi və sosial inkişaf proqnozlarına (və ya öz proqnoz hesablarına)müvafiq olaraq gözlənilən aylıq inflyasiya tempinin 3% olduğu məlumdursa, inflyasiyanın illik tempini müəyyənləşdirmək lazımdır.

Bu rəqəmi düstura salsaq, alarıq: İnflyasiyanın proqnozlaşdırılan illik tempi:

(1 + 0,03)12 – 1 = 14258 -1 = 0,4258 və ya 42,58%.

Göstərilmiş düstur əsasında təkcə inflyasiyanın proqnozlaşdırılan illik tempini deyil, həm də bu göstəricinin gələcək ilin istənilən ayının sonuna olan rəqəmlərini də almaq olar.

2. İnflyasiyanın illik indeksinin proqnozlaşdırılması zamanı aşağıdakı düsturdan istifadə olunur:

İİi = 1 + Tİi və ya İİi = (1+Tİa)12-1 ,

Burada İİi — onluq kəsrlə ifadə olunmuş proqnozlaşdırılan illik inflyasiya indeksi; Tİi — onluq kəsrlə ifadə olunmuş proqnozlaşdırılan illik inflyasiya tempi (bir qədər əvvəl göstərilmiş düsturla hesablanır); Tİa — onluq kəsrlə ifadə olunmuş proqnozlaşdırılan aylıq inflyasiya tempidir.

Misal 2. Öncəki misalın şərtlərindən çıxış edərək, inflyasiyanın proqnozlaşdırılan illik indeksini tapmaq lazımdır:

O bərabərdir: 1 + 0,4258 = 1,4258 (və ya 142,6%), yaxud (1 + 0,03)12 = 1,4258 (və ya 142,6%).

II.İnflyasiya amilini nəzərə almaqla real faiz dərəcəsinin formalaşmasının alətlər kompleksi onun maliyyə bazarında proqnozlaşdırılan nominal səviyyəsinə(belə proqnozun nəticələri adətən fond birjasında bağlanan fyuçers və opsional müqavilələrin qiymətlərində əks olunur) və inflyasiyanın illik tempinin nəticələrinə əsaslanır. İnflyasiya amili nəzərə alınmaqla real faiz dərəcəsinin hesablanmasının əsasında aşağıdakı göstərilən Fişer Modeli durur:

İr = ( İ – Tİ) / (1 + Tİ)

burada İr — onluq kəsrlə ifadə olunan real faiz dərəcəsi(faktiki və ya müəyyən dövrdə proqnozlaşdırılan); İ — onluq kəsrlə ifadə olunan nominal faiz dərəcəsi(faktiki və ya müəyyən dövrdə proqnozlaşdırılan); Tİ — onluq kəsrlə ifadə olunan inflyasiya tempidir(faktiki və ya müəyyən dövrdə proqnozlaşdırılan).

Misal 3. Sıradakı göstəriciləri nəzərə almaqla qarşıdakı ilə real illik faiz dərəcələrini hesablamaq lazımdır: qarşıdakı il üçün fond birjalarında opsion və fyuçers əməliyyatları üzrə illik nominal faiz dərəcəsi 19%, inflyasiyanın proqnozlaşdırılan illik tempi 7%. Bu göstəriciləri Fişer Modelinə qoymaqla biz alırıq: Real illik faiz dərəcəsi bu cür proqnozlaşdırılır:

(0,19 – 0,07) / (1 + 0,07) = 0,112 (və ya 11,2%).

III. İnflyasiya amilini nəzərə almaqla pul vəsaitlərinin dəyərinin qiymətləndirilməsinin alətlər kompleksi onların müvafiq “inflyasion tərkib hissəsi” ilə həm gələcək, həm də indiki dəyərini hesablamağa imkan verir. Bu hesablamaların əsasında formalaşdırılan real faiz dərəcəsi dayanır.

1. İnflyasiya amili nəzərə alınmaqla pul vəsaitlərinin gələcək dəyərinin hesablanmasında aşağıdakı düsturdan istifadə olunur(Fişer Modelinin modifikasiyası):

Sn = R x [(1 + İr) х (1 + Tİ) ]n

burada Sn — gələcək yatırımın (pul vəsaitlərinin) inflyasiya amili nəzərə alınmaqla nominal gələcək dəyəri; R— yatırımın ilkin məbləği; İr — onluq kəsrlə ifadə olunmuş real faiz dərəcəsi; Tİ — onluq kəsrlə ifadə olunmuş proqnozlaşdırılan inflyasiya tempi; n — ümumi şərti zaman dövründə hər bir faiz ödənişinin həyata keçirilmə intervallarının sayıdır.

Misal 4. Sıradakı şərtlərlə yatırımın inflyasiya nəzərə alınmaqla gələcək dəyərini müəyyən etməli: yatırımın ilkin məbləği 1000 ş.p.v.; yatırımın dəyərinin artırılması üçün real illik faiz dərəcəsi 20%; inflyasiyanın proqnozlaşdırılan illik tempi 12%; yatırımın ümumi müddəti faizlər ildə 1 dəfə ödənilməklə 3 il.

Bu göstəriciləri yuxarıda göstərilmiş düstura qoymaqla alırıq:

Sn = 1000 x [(1 + 0,20) х (1 + 0,12)]3 = 2428 ş.p.v.

2. İnflyasiya amili nəzərə alınmaqla pul vəsaitlərinin hazırki dəyərinin hesablanmasında aşağıdakı düsturdan istifadə olunur:

Rr = Sn / [(1 + İr) х (1 + Tİ) ]n

Misal 5. Sıradakı şərtlərlə pul vəsaitlərinin real hazırki dəyərini tapmaq lazımdır: pul vəsaitlərinin gözlənilən nominal gələcək dəyəri 1000 ş.p.v.; dəyərin diskontlaşmasında istifadə edilən real faiz dərəcəsi 20%; inflyasiyanın proqnozlaşdırılan illik tempi 12%, diskontlaşma dövrü 3 il, onun intervalı-1 il.

Bu göstəriciləri yuxarıda göstərilmiş düstura qoymaqla alırıq:

Rr = 1000 x [(1 + 0,20) х (1 + 0,12)]3 = 412 ş.p.v.

IV.İnflyasiya amilini nəzərə almaqla maliyyə əməliyyatlarının lazımi gəlirlilik səviyyəsinin formalaşdırılmasının alətlər kompleksi, bir tərəfdən, məbləğin və “inflyasiya mükafatının”, digər tərəfdən isə – inflyasiya zərərlərinin əvəz edilməsini və lazımi real gəlir səviyyəsini təmin edən nominal gəlirin hesablanmasını təmin etməlidir.

1. İnflyasiya mükafatının lazımi ölçüsünü müəyyənləşdirərkən aşağıdakı düsturdan istifadə olunur:

Pi = R х Tİ,

burada Pi — müəyyən dövrdə inflyasiya mükafatının məbləği; R — pul vəsaitlərinin ilkin dəyəri; Tİ— nəzərdən keçirilən dövrdə onluq kəsrlə ifadə olunmuş inflyasiya tempidir.

2. İnflyasiya amili nəzərə alınmaqla maliyyə əməliyyatı üzrə lazımi gəlirinin məbləğinin hesablanmasında aşağıdakı düsturdan istifadə olunur:

Dn = Dr + Pi

burada Dn —nəzərdən keçirilən dövrdə inflyasiya amili nəzərə alınmaqla maliyyə əməliyyatı üzrə lazımi gəlirin ümumi nominal məbləği; Dr —real faiz dərəcəsindən istifadə etməklə sadə və ya mürəkkəb faizlərlə hesablanan nəzərdən keçirilən dövrdə maliyyə əməliyyatı üzrə lazımi gəlirin real məbləği; Pi — nəzərdən keçirilən dövrdə inflyasiya mükafatının məbləğidir.

3. İnflyasiya amili nəzərə alınmaqla maliyyə əməliyyatının lazımi gəlirlilik səviyyəsinin hesablanmasında aşağıdakı düsturdan istifadə olunur:

UDn = (Dn / Dr) – 1

burada UDn —inflyasiya amili nəzərə alınmaqla onluq kəsrlə ifadə olunan maliyyə əməliyyatlarının lazımi gəlirlilik səviyyəsi; Dn — nəzərdən keçirilən dövrdə maliyyə əməliyyatı üzrə lazımi gəlirin ümumi nominal məbləği; Dr — nəzərdən keçirilən dövrdə maliyyə əməliyyatı üzrə lazımi gəlirin real məbləğidir.

Qeyd etmək lazımdır ki, inflyasiya tempinin proqnozlaşdırılması kifayət qədər mürəkkəb, zəhmət tələb edən və subyektiv amillərin təsirinə əhəmiyyətli dərəcədə məruz qalmış ehtimal prosesidir. Buna görə də maliyyə menecmentinin təcrübəsində inflyasiya amilinin nəzərə alınmasının daha sadə üsulu istifadə edilə bilər. Bu məqsədlə pul vəsaitlərinin dəyəri onların sonrakı artırılmasında və ya lazımi gəlirin ölçüsü onun sonrakı diskontlaşmasında öncədən milli valyutadan həmin dövrdə sərbəst konvertasiya olunan daha “güclü” valyutalardan birinə keçirilərək yenidən hesablanır. Dəyərin artırılması və ya diskontlaşdırılması prosesi sonradan real faiz dərəcəsi əsasında həyat keçirilir (kapitala minimal real gəlir norması). Lazımi gəlirin hazırki və gələcək dəyər qiymətləndirilməsinin bu metodu onun hesablamalarından ümumiyyətlə ölkədaxili inflyasiya amilini istisna etməyə imkan verir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər