Ümumi məlumat
Kapital Bank namizədləri Biznes Proseslər Departamentinin Layihələrin Koordinasiyası Şöbəsində Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Layihələrin portfelə daxil edilməsi üçün biznes keyslərin araşdırılıb birbaşa rəhbər ilə razılaşdırılması;
- Layihələr üzrə prioritetləri müəyyən edərək icra tarixlərinin təyin edilməsində iştirak etmək;
- Layihələrdə müşahidə olunan dəyişikliklərin rəsmiləşdirilməsi;
- Kurasiyasında olan sahələr üzrə koordinasiya nəticəsində yüklülük dərəcəsini təhlil edir və müvafiq struktur bölmələri məlumatlandırır;
- Layihə portfeli üzrə dəyişikliklərin reyesteri və sənədlərin arxivləşdirilməsini təşkil etmək;
- Layihə portfeli üzrə büdcə və xərclərin koordinasiyasını həyata keçirmək;
- Tapşırıqlar üzrə prioritetləri təyin edib icra tarixlərinin təyin edilməsində iştirak etmək.
Tələblər
- İnformatika, riyazi və ya iqtisadi sahədə ali təhsil;
- Ünsiyyətqurma bacarığı, fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- Hesabatların tərtib edilməsi sahəsində iş təcrübəsi (bank sektorunda iş təcrübəsi arzuolunandır);
- Maliyyə uçotu üzrə biliklər arzuolunandır;
- Layihə meneceri və ya koordinatoru kimi ən azı 3 illik iş təcrübəsi;
- Məlumatların təhlili və düzgün təqdimat bacarıqlarına malik olmaq;
- Dəqiqlik, detallara qarşı diqqətlilik;
- Analitik düşünmə və yüksək riyazı təhlil qabiliyyəti;
Mövzu bölməsində vakansiyanın adını qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz.