15 C
Baku
Friday, April 26, 2024

Biznes qurmaq adı ilə edilən dələduzluq banklara baha başa gəldi

2 nəfər 100-dən çox insanın adına kredit götürüb yoxa çıxıb.

Astara rayonunun Şahağacı kənd sakini, 1979-cu il təvəllüdlü Əsədullayev Rəşadət Astara rayon polis şöbəsinə ərizə ilə müraciət edərək 2014-cü ilin sentyabr ayında Astara rayonunun Şahağacı kənd sakini Əhədov Ceyhun Ağadadaş oğlunun təkidi ilə Bank Respublikanın Astara filialından 3000 manat pul kredit götürməsini, Ceyhun Əhədovun isə həmin krediti onu aldadaraq əlindən almasını və ödəməməsini bildirib.

Elə həmin tarixdə Rəşadətin həmkəndlisi, Əsədullayeva Esmira Möhübbət qızı da eyni şikayətlə rayon polis şöbəsinə müraciət edib. Qadın bildirib ki, deyilən müddətdə Ceyhun Əhədovun təkidi ilə Bank Respublikanın Astara filialından 3000 manat pul krediti götürüb, amma Ceyhun həmin krediti aldadaraq əlindən alıb və bu günə kimi ödəməyib.

Rayon polis şöbəsinə bu istiqamətdə edilən çoxsaylı müraciətləri araşdırmaq üçün yaradılan əməliyyat istintaq qrupu isə maraqlı faktlar ortaya çıxarıb. Məlum olub ki, Astara rayonunun Kakalos kənd sakini Nahid Mirzəyev dələduzluq əməlində Ceyhunu da geridə qoyub. Belə ki, Nahid həmkəndlilərini müxtəlif bəhanələrlə – əsasən də, biznes qurmaq adı ilə banklara apararaq adlarına pul kreditləri götürüb. Götürülən kredit məbləğindən onlara 150 manat verərək şirnikləndirib, bildirib ki, qalan məbləği banklara özü ödəyəcək.

Beləliklə, Bağırova Tərcimə “Kapital Bankın” Astara filialından 1600 manat, Fəttayeva Savalan 2100 manat, Hüseynova Nəsiyət 1400 manat, Əhmədov Səmidağa 1600 manat , Cahangirova Zahirə 2000 manat, Əliyeva Xanimqaid 1800 manat, Qafarov Gülağa “Kapital Bankın” Astara filialından 1800 manat, “Bank Respublikanın” Astara filialından isə 3000 manat, Rzayeva Esmira “Kapital Bankın” Astara filialından 1500 manat, Rzayev Səfiəli “Kapital Bankın” Astara filialından 1600 manat, Əhmədova Gülxar “Bank Respublikanın” Astara filialından 3000 manat, Bayramova Vəskinə “Kapital Bankın” Astara filialından 2200 manat, Qafarova Səlmi “Kapital Bankın” Astara filialından 1400 manat, Qafarova Şəfiqə “Kapital Bankın” Astara filialından 3000 manat pul, Salmanov Səxavət “Kapital Bankın” Astara filialından 2000 manat, Salmanova Xatimə “Bank Respublikanın” Astara filialından 3800 manat, Ramazonava Marqarita “Kapital Bankın” Astara filialından 2000 manat, Məmmədova Ramilə “Bank Respublikanın” Astara filialından 3800 manat pul kredit götürərək Nahid Mirzəyevə veriblər.

Bu, siyahıdakıların hamısı olmadığında, konkret rəqəm açıqlanmasa da, mənimsənilən məbləğin böyük olduğu şübhəsizdir. Çünki aldadılanların sayı 100-dən artıqdır.

Astara rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi Samir Həsənov ans-in bölgə müxbirinə faktla bağlı araşdırmaların davam etdiyini, hər iki şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Astara rayon məhkəməsi tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçildiyini deyib. Faktla bağlı Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.

musavat.com

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər